Icma.az
close
up
RU
Kanalizasiya xətti olmayan qəsəbələrə ŞAD XƏBƏR

Kanalizasiya xətti olmayan qəsəbələrə ŞAD XƏBƏR

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı və ətraf ərazilərdə intensiv yağıntılar zamanı yaranan problemlərin qarşısını almaq məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ölkə.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu məlumat verib.

Onun sözlərinə görə, rayonlar üzrə sukanal idarələrinin işçiləri küçə və həyətlərdə yığılan suların çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində ardıcıl tədbirlər görürlər:

"Paytaxtın bəzi ərazilərində Xidmətin tullantı su şəbəkəsi, yağış və qrunt sularını daşımaq üçün drenaj sistemi mövcud deyil. Belə ərazilərdə intensiv yağıntılar zamanı küçə və həyətlərə suların yığılması halları qaçılmazdır.

“Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə adlanan ərazidə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən layihə hazırlanıb. Layihə çərçivəsində drenaj sistemi qurulur. Xəzər rayon Sukanal İdarəsi tərəfindən layihə üzrə diametri 160 millimetrlik 700 paqonometr təzyiqli xəttin inşası tamamlanıb. Uzunluğu 785 paqonometr olan özüaxımlı kanalizsiya xətti çəkilib. Xəttin 400 paqonometri diametri 400 mm, 385 paqonometri isə diametri 300 mm-lik boru ilə inşa olunub. Bundan başqa 20 ədəd baxış quyusu quraşdırılıb. Hazırda ərazidə tikinti quraşdırıma işləri davam etdirilir".

Qurum rəsmisi qeyd edib ki, yağıntılardan sonra Binə qəsəbəsi, “Bakavtomat” zavodu ətrafında yerləşən yaşayış massivində də subasma halları müşahidə edilib: "Ərazinin yaxınlığında yağış suyu və kanalizasiya şəbəkəsi olmadığından vətəndaşların həyətyanı sahələri və küçələri su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Yaxınlıqda şəbəkə olmadığından toplanan yağış sularının kənarlaşdırılması üçün əraziyə 2 ədəd lilsovuran avtomaşın cəlb edilib. Suların maşınlar vasitəsilə yığılaraq ərazidən kənarlaşdırılması həyata keçirilir".

Xəzər rayon Sukanal İdarəsinin baş mühəndisi Emil Abbasov bildirib ki, yağıntılardan sonra Xəzər rayon Sukanal İdarəsinin xidməti ərazilərində Şağan qəsəbəsi Yeni sahədə həyət evlərində subasma halları müşahidə edilirdi və bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həmin ərazi üzrə mühəndis axtarış işləri aparılıb, ərazilərə yığılan suyun kənarlaşdırılması üçün dalğıc tipli nasos quraşdırılıb və suyun kənarlaşdırılması təmin edilib: “Digər ərazi, Binə qəsəbəsi “Bakavtomat” yolunun kənarında yaşayış massivində suyun kənarlaşdırılması üçün isə lilsovuran maşınlar cəlb edilib. Hazırda da gündəlik olaraq maşınlar ayrılıb suyun kənarlaşdırılması işi aparılmaqdadır”.

Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri