Icma.az
close
up
RU
Məhvolmadan xilasa, xilasdan qələbəyə və suverenliyə gedən qanlı qadalı yol Şərh

Məhvolmadan xilasa, xilasdan qələbəyə və suverenliyə gedən qanlı qadalı yol Şərh

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu gün Azərbaycan 20 sentyabr Suverenlik gününü qeyd edir. Amma keçilən bu yollara nəzər saldıqda   görürsən ki, bu elə də asan başa gəlməyib. Azərbaycan ötən müddət ərzində çox taleyeklü sınaqlar və imtahanlar qarşısında qaldı. Azərbaycanı inkişaf yolundan saxlamaq üçün hər cür daxili, xarici təhdid və təzyiqlərlərlə  üz-üzə qaldı. Minlərlə insan  bu yolda öz canını Vətən yolunda fəda etdi, qazi oldu. Lakin xalq-hakimiyyət-ordu birliyi, həmrəyliyi nəticəsində Azərbaycan xalqı bütün bu çətinlikləri dəf edib üzüağ və qalib xalq kimi çıxdı. Bunun üçün qısaca da olsa ötən tarixə nəzər salmaq yetər ki,  məhvolmadan-xilasa, xilasdan- qələbəyə, qələbədən-suverenliyə gedən yolun necə ağrılı olduğunu anlayasan.
Azərbaycan xalqı XX əsrin sonunda 1991-ci ildə müstəqilliyini bərpa etməsinə baxmayaraq,  nəinki müstəqilliyini, o cümlədən siyasi xəritədən silinmə təhlükəsi ilə üz-üzə idi. Yalnız Ulu öndər Heydər Əliyevin bütün məsuliyyəti üzərinə götürərək hakimiyyətə gəlişi ilə Azərbaycanın üzləşdiyi təhlükələr aradan qalxmağa başladı. Ulu öndərin ilk əsas missiyası Azərbaycanın siyasi xəritədən silinib, müstəqilliyini itirmək, Ermənistanın işğalçılıq siyasətini dayandırmaq, vətəndaş qarşıdurmasından xilas etmək oldu. Ulu öndərin gərgin əməyi nəticəsəində 1994-cü ildə ölkədə siyasi sabitlik tədricən bərqərar olmağa başldı. Havadarlarının dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dayandırmaq üçün atəşkəs  sazişi imzalandı. 
Atəkəsin əldə olunması Azərbaycana  yenidən özünü bərpa edib inkişaf mərhələsinə qədəm qoymasında müstəsna rol oynadı.  
İkinci mərəhələdə Ulu öndər  20 sentyabr 1994-cü ildə  ən çətin geosiyasi şərtlər daxilində “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın təhlükəsizliyinin təmin edib  müstəqilliyinin gücləndirilməsi istiqamətində ciddi addımlar atmağa başladı. 
“Əsrin müqaviləsi”nin imzalanması ilə  Azərbaycan yeni reallıqlar yaratmağa başladı. Azərbaycanda hərtərəfli siyasi, iqtisadi, hərbi, təhlükəsizlik sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmə başladı. Nəticədə Azərbaycan iqtisadiyyatı və ordusu yenidən qurulmağa başladı.  Qısa zaman kəsiyində Azərbaycan enerji resurslaırndan faydalanmaqla dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr sırasına daxil oldu.  İqtisadi cəhətdən güclənib iqtisadi suverenliyini təmin etməsi istiqamətində əldə etdiyi uğrular Azərbaycanın qarşısında duran hədəflərə nail olunmasına geniş imkanlar açdı”.
 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan sıçrayışlı inkişaf mərhələsinə qədəm  qoydu: “Azərbaycan bütün sahələrdə, istər daxili və xarici  siyasətdə, istər iqtisadi, istər ordu sahəsində ciddi uğurlara imza atdı. Azərbaycan qısa zamanda dünyanın ən etibarlı tərəfdaş  və söz sahibi olan ən nüfuzlu ölkələrindən birinə çevrildi. Gənc Azərbaycan  dünyanın ən etibarlı beynəlxalq təşkilatlarına sədrlik etməyə başladı.  Cəanb Prezident İlham Əliyevin   Azərbaycanın  düzgün gələcək inkişaf strategiyasını müəyyənləşdirən  və hədəflərə xidmət edən diplomatiyası nəticəsində ölkəmiz dünyada davamı uğurlara  imza atdı. Yürüdülən uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycan dünyada iqtisadi və hərbi cəhətədən güclü, qüdrətli dövlətlərdən birinə çevrildi. Cənab Prezdentin qlobal çağırışlara çevik reaksiya verərək ölkəmizin maraqlarına xidmət edən   enerji, logistik, transmilli iqtisadi layihələri  reallaşdırması istiqamətindəki uğurlu diplomatiyası  Azərbaycanın xeyrinə olmayan geosiyasi realıqları xeyrimizə çevirməyə imkan verdi. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı Avrasiyanın daha geniş  coğrafiyasının təhlükəsizlik arxitekturasının təmin olunmasında xüsusi rol oynayan ölkə roluna çevirdi”. 
 Deputat əlavə edib ki, iqtisadi suverenliyi əldə edən Azərbaycanın qarşısında ərazi bütövlüyü və suverenliyinin tam bərpa etməsi dayandırdı: “Çünki müasir dünyada  hüququn gücü deyil, gücün hüququ hökm sürdüyü bir zamanda  Azərbaycan da əldə etdiyi iqtisadi  və hərbi güclə ərazi bütövlüyünü və suverenliyinin bərpa etməsinə nail oldu. 10 noyabr 2020-ci ildə Ermənistanın işğalçılıq siyasətinə son verməklə ərazi bütövlüyünü təmin etdi, 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatı ilə bütün respublika üzərində tam suverenliyini təmin edərək, ölkədə separatizmin tabutuna son mismarını vurdu.
İki il öncə 20 sentyabrda  tam suverenliyini bərpa etməklə Azərbaycan artıq dünyada tamamailə yeni reallıqlar yaradıb.
İndi isə bir suveren dövlət kimi Azərbaycanın qarşısındakı hədəfləri bəllidir: 
-Cənubi Qafqazda sülhün memarı  və təminatçısı rolunda çıxış etməklə bölgəni  Avrasiyanın  sıx əməkdaşlıq edən genişmiqyaslı logistik bir məkanına çevrimək;
-Türk dünyasının siyasi, iqtisadi güc kimi beynəlxalq münasibətlər sistemində ciddi rol oynamasına nail olmaq;
-Yeni dünya düəznində “orta güc” kimi formlaşaraq Avrasiya və daha geniş coğrafiyada sülhün və təhlükəsizliyin təmin olunmasında ciddi aktor rolunda çıxış etməkdir.
 Əminəm ki, cənab Prezident İlham Əliyevin Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı müəyyən etdiyi  diplomatiya nəticəsində ölkəmiz yeni-yeni uğrulara imza atacaq və hədəflərinə nail olacaq. Nəticə etibarı ilə Azərbaycan dünyanın ən nüfuzlu və sosial rifah ölkəsinə çevriləcək”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri