Icma.az
close
up
RU
Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan xalqının və dövlətinin taleyində elə böyük əhəmiyyət daşıyan günlər var ki, həmin günlərdə onun gələcəyini həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi isə tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günüdür. 
15 iyunun müasir Azərbaycan tarixindəki önəmi və əhəmiyyəti ondan ibarətdir ki,  bu, xalqımızın və müstəqilliyinin yenidən bərpa edən Azərbaycan  üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında birmənalı rol oynayan Ulu öndər Heydər Əliyevdir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Komitə sədri bildirib ki, bugünkü Azərbaycanın əldə etdiyi uğurlar və qələblərin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “15 iyun 1993-cü ildə müstəqilliyimizin,  dövlətçiliyimizin yoxolma anında  məsuliyyəti üzəirnə götürərək hakimiyyətə gəlişi ilə bütün təhlükələrdən xilas olduq.  Bu səbəbdən də Ulu öndər  Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar və müasir Azərbaycanın memamrı kimi düşüb. Bunun üçün Ulu öndərin  hakimiyyətə gəlişi dövrə xronoloji olaraq nəzər yetirmək kifayət edər.
1993-cü ilin əvvəlində ölkədə başlayan ictimai-siyasi böhran dərinləşərək xaosa çevrilməklə XX əsrin sonunda müstəqlliyini bərpa edən Azərbaycan siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşdi. Ölkədə qarşıdurma, vətəndaş müharibəsi, separatizm meylləri hər ötən gün kəskin xarakter alırdı. Sözün əsl mənasında xaos hökm sürürdü. Azərbaycan dövlətçiliyinin varlığı sual altında idi.  Ulu öndər hakimiyyətə gəlməklə ilk növbədə Azərbaycanın müstəqilliyinə ciddi təhdid yaradan vətəndaş qarşıdurmasının, separatzim meyllərinin qarşısını alıb, ölkədəki hərbi-siyasi  müxalifəti tərk silah etməklə siyasi sabitliyə, həmrəyliyə  nail olmaq istiqamətində ciddi addımlar atdı.  Bununla paralel olaraq ölkədə sosial-iqtisadi vəziyyətin inkişafı istiqamətində genişmiqyaslı islahatlara başlanıldı.  Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması və təhlükəsizliyinin təmin olunması məqsədi ilə uğurlu enerji strategiyasını müəyyən etdi. Çox ciddi təhdidlərin olmasına baxmayaraq Ulu öndərin müdrik və qətiyyətli addımları nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Belə bir sənədin imzalanması bugünkü Azərbaycanın inkişafında əsas təkanverici amilə çevrildi.  Uğurlu enerji strategiyası  Azərbaycanın   təhlükəsizliyinin və müdafiə qabliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Bununla da Azərbaycan sürətli inkişaf mərəhləsinə qədəm qoydu.
Azərbaycan ordusunun tamamilə yenidən qurulmasına  start verildi.  Bu, eyni zamanda Azərbaycanın ən ciddi problemlərindən olan məcburi köçkün və qaçqınların sosial humanitar problemlərinin həll edilməsində müstəsna rol oynadı. Qısa zamanda  Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz ata yurdlarından didərgin düşən məcburi köçkünlərin ağı şəraitdə məskunlaşdığı çadır şəhərcikləri müasir şəhərciklərlə əvəz edildi.  Azərbaycan belə bir ciddi problem təkbaşına həll etdi. 
 Növbəti mərhələ isə Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün  tamamilə yeni nizamı, peşəkar ordu formalaşdırmaqla yanaşı,  diplomatiya sahəsində də ciddi addımlar atılmağa başlanıldı. 
Ulu öndər Heydər Əliyevin yürütdüyü  qətiyyətli və müdrik  siyasət nəticəsində yoxolma   mərhələsini aşan Azərbaycan dünyanın söz sahibi olan ölkəsinə çevrilməyə başladı.  Beynəlxalq aləm tədricən Azərbaycanla hesablaşamağa başldı. Lakin ömür ona nəzərdə tutuğu planları, Ermənistanın işğalına son verilməsi günü və Azərbaycanın möhtəşəm qələbələrə imza atması gününü görməyə vəfa etmədi. Ancaq Ulu öndər Heydər Əliyev arzulaırnın reallaşacağıan nikbin idi və o bunu çıxışlaırnda dəfələrlə bəyan edib.  Ulu öndər hələ zamanında bəyan edirdi ki, Azərbaycan Ermənistanın işğalına son qoyacaq və  ərazi bütövlüyünü təmin edəcək.  Məhz Ulu öndər  Azərbaycanın  güclü, qüdrətli və qalib  dövlətə çevrilməsi   üçün  cənab İlham Əliyevi öz siaysi irsinin davamçısı müəyyən etdi.  Ulu öndər Heydər Əliyev siyasi varisinin hansı potensiala malik oldğunu bildiyindən 2003-cü ildə xalqa müraciətində əminliklə bəyan etdi ki,  cənab İlham Əliyev ölkəmizin qarşısında duran bütün arzuları reallaşdıraraq  Azərbaycanı dünyanın ən  güclü, qüdrətli və qalib dövlətinə çevirəcək. Belə də oldu. Cənab İlham Əliyevin  liderliyi altında Azərbaycan sıçrayışlı inkişaf dövrünü qədəm qoymaqla davamlı uğurlara imza atdı. Güclü, qüdərtli dövlət modeli yaratmalqa  Ermənistanın işğal  siyasətinə son verib ərazi bütövlüyünü və suverenliyini təmin edərək  Azərbaycanı və xalqını qalib dövlətə, xalqa çevridi. Cənab İlham Əliyev Azərbaycan xalqının xəyallarını həyata keçirməyi bacardı.
 Bu gün Azərbaycan artıq dünyanın söz sahibi olan ölkəsi olaraq regional və qlobal proseslərdə aktib oyunçu rolunda çıxış etməklə sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlıq formatlarının yaranmasına, ədalətin bərpa olunmasına töhfə verməkdədir.  
 Prezident İlham Əliyevin yürütdüyü  uzaqgörən,  çevik  çoxvektorlu diplomatiya nəticəsində yeni dünya düzəninin formalaşması istiqamətində gedən sox mürəkkəb  geosiyasi proselsəri Azərbaycan üçün  fürsətlərə çevriməkdədir. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki  rolunu hər ötən gün daha da artırır və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsinə yeni-yeni imkanlar yaradır.  Əminəm ki,Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin liderliyi altında  bu təlatümlü dünyamızda Azərbaycanı “sabitlik adasına” çevirməklə yeni uğrulara imza atacaq”.
Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri