Icma.az
close
up
RU
Məişət zorakılığı ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər edilib MÜNASİBƏT

Məişət zorakılığı ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər edilib MÜNASİBƏT

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Məişət zorakılığı ilə bağlı Qanunvericiliyə yeni dəyişikliklər edilərək təkmilləşdirilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir: "Belə ki, Azərbaycan Respublikası Prezidenti “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 27 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq olunub.

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır. Yeni dəyişikliklərə əsasən Qanunda Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması ilə bağlı aşağdakı prosedurlar müəyyən edilib:

1. Məişət zorakılığı ilə bağlı şikayətə baxılarkən 24 saat keçənədək qısamüddətli mühafizə orderinin verilməsi və şikayətə 5 (beş) gün müddətində baxılması təmin olunur;

2. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Azərbaycan dilini bilmədikdə isə tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunması;

3.Məişət zorakılığından zərər çəkmiş Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakının təmin olunması nəzərdə tutulmuşdur.

4. Eyni zamanda yeni dəyişikliyə əsasən məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

- məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi məsələsi Qanunda öz əksini tapmışdır.

Qanuna edilmiş yeni dəyişikliklə məişət zorakılığı ilə bağlı müraciətlərə baxılarkən sui-istifadə hallarının qarşısının alınmasına və zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsinə gətirib çıxaracaqdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri