Məkkə istiqamətində PUA təhlükəsi Səudiyyə Ərəbistanından açıqlama
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər.
Milli.Az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb.
"Hava hücumundan müdafiə qüvvələri Məkkə rayonunda pilotsuz uçuş aparatı (PUA) ələ keçiriblər", - paylaşımda deyilir.
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) isə müqəddəs şəhərə doğru PUA buraxdıqları ilə bağlı xəbərləri rədd edib. Hərəkatın sözçüsü Yəhya Saria noyabrın 3-ü Səudiyyə Ərəbistanına zərbə endirmədiklərini bəyan edib. O, koalisiyanın bəyanatını "ağ yalan" adlandırıb.
Qeyd edək ki, koalisiya qüvvələri daha əvvəl də husiləri müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə zərbə endirmək cəhdində ittiham ediblər. İslam dininə etiqad edən husilər isə bu iddiaları qətiyyətlə rədd ediblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Noyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















