Məkkə yaxınlığında PUA vuruldu
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Məkkənin cənubunda husilərə məxsus olduğu bildirilən pilotsuz uçuş aparatını vurub.
Reuters-in məlumatına görə, PUA çərşənbə axşamı axşam saatlarında Məkkənin üzərindəki qadağan olunmuş hava məkanına daxil olmamışdan əvvəl məhv edilib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib ki, PUA-nın qalıqları şəhərin cənubuna düşüb.
Səudiyyə tərəfi hadisəni ciddi təhlükə kimi qiymətləndirib. Əl-Maliki Məkkənin və müsəlmanların müqəddəs məkanlarının təhlükəsizliyinin “qırmızı xətt” olduğunu bildirib və husilərə qarşı çəkindirici tədbirlərin görülə biləcəyinə işarə edib.
Məkkə İslamın ən müqəddəs şəhəridir və hər il milyonlarla müsəlman Həcc və Ümrə ziyarətləri üçün buraya gəlir.
Husilərin sözçüsü isə Səudiyyə Ərəbistanının iddiasını rədd edib. O, qrupun Məkkəni və ya digər dini məkanları hədəf almadığını bildirib və Riyadın açıqlamasını təbliğat məqsədli “qurama” adlandırıb.
Hadisə Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında gərginliyin yenidən kəskinləşdiyi bir vaxtda baş verib. Husilər Qırmızı dənizin cənub hissəsində, Bab əl-Məndəb boğazına yaxın ərazilərdə mövqelərə nəzarət edir.
Bölgədəki gərginlik Səudiyyə Ərəbistanının enerji infrastrukturuna və neft ixrac marşrutlarına da təsir göstərir. Bu vəziyyət Yaxın Şərqdə təhlükəsizliklə yanaşı, qlobal enerji bazarları üçün də riskləri artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Sentyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















