Bəqai Məkkə razılaşmasından DANIŞDI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Məkkə razılaşması region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir. Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur".
Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında Məkkə razılaşmasına münasibət bildirib.
Bəqai deyib ki, ümumi baxımdan bu hadisə region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir.
“Onlar başa düşüblər ki, təhlükəsizlik satın alına bilən bir əmtəə deyil. İranın siyasəti region ölkələrini xarici aktorlara arxalanmadan əməkdaşlığa və daxili təhlükəsizliyin gücləndirilməsinə dəvət etmək olub. Bu dəyişikliyə diqqət yetirmək lazımdır”, – deyə o bildirib.
O əlavə edib ki, region ölkələri üç il əvvəl oktyabr ayından və Qəzzada soyqırımın başlamasından, həmçinin İsrail rejiminin hücumlarından sonra qlobal ictimaiyyətin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdidin kim olduğunu müəyyənləşdiriblər.
Bəqai bildirib ki, İsrail rejiminin ambisiyaları gizli deyil.
“Rejimin Livan, Fələstin və Suriyaya qarşı hücumları, eləcə də region ölkələrinə yönəlmiş təhdidləri göstərir ki, region ölkələri əvvəlki kimi təhlükəsizliyin ABŞ tərəfindən təmin ediləcəyi iddiasına arxalana bilməzlər”, – deyə XİN sözçüsü qeyd edib.
Bəqai xatırladıb ki, ABŞ özü regiondakı təhlükəsizliyin pozulmasının tərəflərindən biridir.
“İsrail rejimi ABŞ-ın dəstəyi olmadan cinayətlərini həyata keçirə bilməzdi. Biz hesab edirik ki, regionda təhlükəsizlik bölünməzdir. Düşmən və təhdidi düzgün müəyyənləşdirən istənilən plan təhlükəsizliyin gücləndirilməsinə töhfə verə bilər”, – deyə o bildirib.
Bəqai daha sonra qeyd edib ki, İranın üç qonşu ölkə ilə çoxsaylı əlaqələri var.
“İran və Türkiyə xalqları arasında dostluğun tarixi, dini və mədəni kökləri var və bu əlaqələr uzunmüddətlidir”, – deyə o vurğulayıb.
İran XİN sözçüsü əlavə edib ki, Tehran bu razılaşma barədə müəyyən qədər məlumatlı olub: “Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















