Meksika təminat verdi: Çempionat plan üzrə keçiriləcək
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Meksika Prezidenti Klaudiya Şeynbaum ölkədə narkokartellərlə davam edən qarşıdurmalar fonunda 2026-cı il futbol üzrə Dünya Çempionatı zamanı qonaqlar üçün heç bir təhlükə olmadığını bildirib.
Moderator.az "Gazeta.Ru"ya istinadən xəbər verir ki, K.Şeynbaum bu barədə mətbuat konfransında danışıb.
"Bütün təminatlar mövcuddur, heç bir təhlükə yoxdur", - deyə prezident vurğulayıb.
Fevralın 22-də "Yeni Nəsil Xalisko" kartelinin rəhbəri Ruben Nemesio Osegra Servantesin saxlanıldığı açıqlanıb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.
Fevralın 24-də bəzi KİV-lər qarşıdurmalar səbəbindən DÇ-2026 oyunlarının Meksikadan köçürülə biləcəyi barədə məlumat yayıb. Bildirilir ki, FIFA müxtəlif ssenariləri nəzərdən keçirir.
2026-cı il dünya çempionatının ABŞ, Meksika və Kanadada 11 iyun - 18 iyul tarixlərində keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:317
Bu xəbər 24 Fevral 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















