Meksikada iki gündə ikinci şəhər meri öldürüldü
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Meksikada iki gündə ikinci mer öldürülüb.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, cinayətin qurbanı Miçoakan ştatında Tepalkatepek rəhbəri, "Morena" partiyasının üzvü Marta Laura Mendosa olub.
Qeyd olunur ki, Tepalkatepek Meksikadakı narkotik kartellərinin daimi zorakılıq yuvasıdır. Bu ərazidə bir neçə mütəşəkkil cinayətkar qrup fəaliyyət göstərir.
Ştat İnstitusional İnqilab Partiyasının direktoru Qilermo Valensiya bildirib ki, Mendoza evindən çıxarkən öldürülüb.
O, hazırkı Meksika administrasiyası dövründə artıq Miçoakanın altı merinin öldürüldüyünü vurğulayıb.
Digər Miçoakan meri Salvador Bastidas iyunun əvvəlində öldürülüb, sonuncu qətl isə San Mateo Pinyas meri Lilia Qarsiya Sotonun ölümündən iki gün sonra baş verib.
Baxış sayı:59
Bu xəbər 18 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















