Meksikada şəhər meri timsahla “nişanlandı“ VİDEO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Meksikada şəhərlərdən birinin meri 500 ildən artıqdır icra edilən ritual çərçivəsində dişi kaymanla (timsah növü) simvolik olaraq nişanlanıb.
San-Pedro-Uamelula şəhərində beş əsrdir davam edən bu ayinin özünəməxsus məqsədləri var.
Ritualın əsas qayəsi şəhərdə yağışların bol yağmasını, məhsuldarlığın artmasını, həmçinin sülh və əmin-amanlığın təmin edilməsini tanrılardan diləməkdir.
"Nikah" mərasimi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə heyvanın ağzı iplə bağlanır. Mərasim "yeni evlənənlərin" rəqsi və öpüşü ilə yekunlaşır. Huave xalqının nümayəndəsi Uqo Lenin Qonsales Qarsiyanın sözlərinə görə, bu ritualın əsas məqsədi gələn il üçün insanlarla ana təbiət arasında balansı qorumaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 İyul 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















