Meksikada prokurorluq binasına dron hücumu
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ sərhədində yerləşən Meksikanın Tixuana ştatının prokurorluğun binasına partlayıcı yüklü pilotsuz təyyarəsi ilə hücum edilib.
525.az xəbər verir ki, bu barədə Tixuana əyalətinin Aşağı Kaliforniya ştatının prokuroru Maria Elena Andrade jurnalistlərə açıqlamasında bildirib.
O, dronlarla həyata keçirilən hücumun binaya ziyan vurduğunu, lakin itki olmadığını qeyd edib.
Andrade hücumda istifadə edilən pilotsuz təyyarələrin içərisində mismar və metal parçaları olan əldəqayırma partlayıcıların yerə atıldığını, nəticədə prokurorluğun qarşısında olan 6 avtomobilin zədələndiyini açıqlayıb.
Prokurorluğun rəsmi açıqlamasında isə hücumda adam oğurluğu ilə mübarizə bölməsinin hədəf alındığını vurğulanıb.
Qeyd edək ki, ABŞ sərhədində yerləşən Tixuana narkotik ticarəti mərkəzlərindən biri kimi tanınır.
İbrahim Cəfərov
Baxış sayı:62
Bu xəbər 17 Oktyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















