Meksikalı əfsanəvi qapıçı Messi və Ronalduya çatdı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Meksikanın 40 yaşlı qapıçısı Qilyermo Oçoa 2026-cı il dünya çempionatının matçında iştirak etməklə tarixi bir rekorda imza atıb. Təcrübəli qolkiper ən nüfuzlu beynəlxalq turnirdə iştirak sayına görə Argentina və Portuqaliya yığmalarının ulduz hücumçuları Lionel Messi və Kriştianu Ronalduya çatıb.
Moderator.az xəbər verir ki, Oçoa DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Çexiyaya qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan görüşdə əvəzetmədən meydana daxil olub.
Bununla da Oçoa, Messi və Ronaldunun iştirak etdikləri dünya çempionatlarının sayı altıya çatıb.
Qeyd edək ki, Qilyermo Oçoa DÇ-2006 və DÇ-2010-da birbaşa iştirak etməyib. Qapıçı həmin vaxt Meksika millisinin rəsmi iştirak ərizəsində yer alsa da, sözügedən turnirlərdə yaşıl meydana çıxmayıb.
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi ilə keçirilir. İyunun 11-də start götürən möhtəşəm turnirə iyulun 19-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 İyun 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















