Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? Rəsmi AÇIQLAMA

Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? Rəsmi AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən gündəmə gəlir. Günün böyük hissəsini məktəbdə keçirən uşaqların nə ilə qidalanması, bufetlərdə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi valideynləri düşündürən əsas məsələlərdəndir. Xüsusilə əvvəlki illərdə bəzi məktəblərdə qida zəhərlənməsi hallarının qeydə alınması məktəb bufetlərinə nəzarətin nə dərəcədə effektiv olduğu sualını aktuallaşdırır.
Hazırda dövlət məktəblərində şagirdlər üçün vahid qidalanma menyusunun tətbiq olunmaması, bufetlərin müxtəlif müəssisələrin idarəçiliyində olması da vəziyyətə dair suallar yaradır.
Bəs yeni tədris ili öncəsi məktəb bufetlərində vəziyyət necədir? Bufetlər yoxlanılıb, təhlükəsizlik tələblərinə cavab verməyən obyektlərlə bağlı hansı tədbirlər görülüb?
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəb bufetlərində iaşə xidmətləri uzun müddət təcrübəsi olan fiziki və hüquqi şəxslərin öhdəliyinə verilir:
“Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslərlə bağlanan müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir”.
Açıqlamada vurğulanıb ki, məktəblərdə bufet və yeməkxanaların fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır:
“Bununla belə, məktəblərdəki bufet və yeməkxanalara mütəmadi olaraq aidiyyəti dövlət qurumlarla birgə nəzarət tədbirləri həyata keçiriilir. Aparılan monitorinqlərin nəticələri təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür. Məktəbdə satışı qadağan olunmuş hər hansı məhsulun bufetdə olmamasına ciddi nəzarət edilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki,  dövlət məktəblərində ödənişsiz şəkildə, sağlam menyuların tərtib edilməsi praktikası dünyanın əksər ölkələrində tətbiq edilir.
Bu günlərdə ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi məktəblərdə verilən yemək menyusunda daha sağlam qidaların yer alacağını açıqlamışdı. Bu proqram Yaponiya, Fransa, İsveç, Hindistan,  Braziliya və s ölkələrdə də tətbiq edilir.
Maraqlıdır, Azərbaycanın təhsil müəssisələrində necə ödənişsiz menyuların hazırlanması düşünülürmü?
Mövzuyla bağlı danışan təhsil eksperti Ramin Nurəliyev ödənişsiz şəkildə, sağlam məktəbli menyusunun Azərbaycanda da tətbiq olunmasının vacibliyindən danışıb.
O, deyib ki, önəmli olan sadəcə yeməklərin verilməsi deyil, həm də ona nəzarət mexanizmidir:
“Azərbaycanda liseylər, gimnaziyalarla yanaşı, Elm və Təhsil Nazirliyinə bağlı olan məktəbəqədər təhsil müəssisələrində, yəni bağçalarda da uşaqlara ödənişsiz şəkildə yemək verilir.  Bağçalarda qidalanmanın o qədər də keyfiyyətli olmamasını rahat bir şəkildə ifadə edə bilərəm, ancaq lisey və gimnaziyalarda qidalanma həqiqətən yüksək səviyyədədir.Qidalanmanın keyfiyyətli olması, əlbəttə, nazirliyin ciddi nəzarət mexanizmi ilə mümkündür. 
Amerikada və dünyanın bir çox ölkəsində atılan bu addım bizdə də olmalıdır. Ancaq alınan qidaların miqdarı, həqiqətən də tam olaraq şagirdlərə verilməsi məsələlərinə xüsusi nəzarət olunmalıdır” , - deyə ekspert qeyd edib.
Nəzrin Mirzəyeva , Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri