Məktəb psixoloqlarının fəaliyyətinə davamlı ictimai dəstək zəruridir
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Ölkəmizdə orta məktəblərdə psixoloji xidmətin təşkil olunmasında əsas məqsəd şagirdlərin mənəvi-psixoloji sağlamlığının qorunması, təhsil nəaliyyətlərinin artırılması, ailə-məktəb münasibətlərinin tənzimlənməsidir. Bu sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” Qaydaları ilə tənzimlənir. Məktəb psixoloqu institutu uzun illərdir mövcudluğa baxmayaraq bu sahədə problemlər tam həllini tapmamışdır. Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabr ayında keçirilmiş birgə iclasında bu problemlərin həlli ilə bağlı təkliflər irəli sürülmüşdür. Hazırda psixoloqların sertifikasiyaya cəlb olunması da müzakirə mövzusudur.
Rəhbərlik etdiyim, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi orta məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılmasına dəstək məqsədilə artıq 3 layihə icra etmişdir. Bu layihələrlə 100-dən artıq psixoloq təkmişlləşdirmə təlimlərinə cəlb edilmiş, metodik vəsaitlərlə təmin olunmuşlar. Mərkəz icra edilən layihələrin effektivliyini nəzərə alaraq bu fəaliyyətləri davam etdirmək niyyətindədir. Hesab edirəm ki, məktəb psixoloqlarının fəaliyyətinə ictimai dəstək verilməsi olduqca zəruridir, qht-lər bu sahəyə diqqəti artırmalı, psixoloq-məktəb-valideyn əməkdaşlığının qurulmasına töhvə verməlidir.
Elçin Salmanov,
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















