Məktəblərdə sağlam mühit formalaşdırmaq və məktəb psixoloqlarının fəaliyyətini genişləndirmək zəruridir
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə 11-ci sinif şagirdinin bıçaqlanaraq ölümlə nəticələnən hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə halların məktəblərdə artmasının səbəbləri arasında uşaqların aqressiv davranışlarının formalaşması mühüm yer tutur.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Missiya.az-a açıqlamasında bildirib ki, məktəblərdə sağlam mühit formalaşdırmaq və məktəb psixoloqlarının fəaliyyətini genişləndirmək zəruridir.
O qeyd edib ki, təkcə təhsil məkanı deyil, həm də uşaqların psixoloji inkişafının təmin olunduğu mühit olmalıdır:
"Valideyn, məktəb və şagird üçbucağının düzgün qurulmaması risk qrupuna daxil olan uşaqlarda problemlərin artmasına səbəb ola bilər.
Rövşən Nəcəfovun sözlərinə görə, risk qrupuna daxil uşaqların davranış pozuntuları zamanında müəyyən edilərək mütəxəssis tərəfindən korreksiya edilməlidir:
Aqressiv uşaqlarla psixoloji danışıqlar aparmaq, onlarla empatiya qurmaq və istəklərini nəzərə almaq vacibdir. Uşaqlara bütün yaşlarda şəxsiyyət kimi yanaşmaq və onları öz övladımız kimi dəyərləndirmək sağlam cəmiyyətin qurulmasında əsas şərtdir".
Seyranə Quliyeva
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















