Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Məktəb zamanı gəlir

Məktəb zamanı gəlir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin təhsil ocaqlarında dərs ilinə son hazırlıq aparılır

Sentyabrın 15-də ölkə məktəblərində şagird və tələbələri növbəti bilik marafonuna səsləyən ilk zəng çalınacaq. 3 aylıq yay tətilindən sonra təhsil kollektivləri növbəti dərs ilinə yeni qüvvə və maraqla başlayacaqlar.

Yeni dərs ili ərəfəsində təhsil sisteminin uğurları, inkişaf təmayülləri əsasında cari vəziyyətini sərf-nəzər etmək istərdik. Bəri başdan deyək ki, ölkəmizdə elm və təhsil ən ali səviyyədə böyük diqqət və qayğı ilə əhatə olunub və dövlət siyasətimizin daimi prioritetləri sırasındadır. Prezident İlham Əliyev Azərbaycan təhsilini milli inkişafın əsas sütunlarından biri kimi dəyərləndirib: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”.

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası–2040” hədəflərin təhsil müstəvisində sistemli tətbiqini təmin edən mühüm platforma kimi də böyük önəm daşıyır. Bu mühüm sənəddə müasir dövrün qloballaşma, rəqəmsallaşma və sosial transformasiyaları üzrə yeni çağırışlar nəzərə alınmaqla təhsilin də uzunmüddətli strategiyası müəyyənləşdirilib.

Bildiyimiz kimi, Azərbaycanda 2004-cü ilə qədər dərslərin başlanması və Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi, həmin ildən dövlət başçısının müvafiq fərmanı ilə bütün tədris müəssisələrində dərslərin başlanması sentyabrın 15-nə keçirilib. Ənənə üzrə 2026–2027-ci tədris ili ərəfəsində də yerlərdə təhsil işçilərinin sentyabr konfransları, pedaqoji şura iclasları təşkil olunub və qarşıdakı hədəflər müəyyənləşdirilib.

Eyni zamanda, əksər şəhər və rayonlarda yüksək balla tələbə adını qazanmış məzunlarla yerli rəhbərliyin görüşləri keçirilib, gənclərə elm və bilik yollarında yeni uğurlar arzulanıb. Toplantılarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr diqqətə çatdırılıb.

Fərəhli haldır ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının gücləndirilməsinə xüsusilə ciddi diqqət yetirilir. Son 5 il ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər qurumların hesabına ümumilikdə, 1000-ə qədər məktəb yenidən ya tikilib, ya da bərpa olunub. Ümumiyyətlə isə yeni əsrin əvvəllərindən bəri ölkədəki 4200 məktəbin təxminən 90 faizi ya əsaslı təmir edilib, ya da yenidən tikilib.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib ki, biz daha çox böyük məktəbləri təmir etməyə çalışırıq. Çünki bu məktəblər daha çox uşağın həyatını dəyişir. O cümlədən də şagird kontingenti az olan yaşayış məntəqələrində modul məktəblər tikməyə çalışırıq. Qəzalı məktəblə müqayisədə bu tipli məktəb irəliyə doğru addımdır. Həm nisbətən az vəsait xərclənir, həm qısa müddətdə başa gəlir, həm də hər şəraiti olur. Növbəti addımda həmin məktəblərin də infrastrukturu yaxşılaşdırıla bilər. Bu il müxtəlif bölgələrdə 100-ə qədər modul məktəbin tikintisi həyata keçirilir. Bu proses tədricən baş verən məsələdir. 10–15 il əvvəlki məktəblərin vəziyyəti ilə indikində dəfələrlə yaxşı mənada fərq var.

Birinci vitse-prezident Mehriban Əliyevanın təsisçisi və rəhbəri olduğu Heydər Əliyev Fondu ölkədə təhsilin inkişafı üçün mühüm layihələr həyata keçirir. Uzun illərdir ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəblər” proqramı uğurla həyata keçirilir. Təkcə son 20 ildə Fond tərəfindən 500-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub.

Proqram çərçivəsində regionlarda müasir standartlara uyğun yeni məktəb binaları inşa edilir, qəzalı vəziyyətdə olan məktəblər isə yenidən qurulur. Bu təhsil ocaqları zəruri avadanlıq və mebellə təchiz edilir. Müasir fənn kabinetləri, STEAM mərkəzləri, laboratoriyalar və idman zalları istifadəyə verilir. Fondun “Məktəbəqədər təhsi müəssisələrinin inkişafı”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları da uğurla yerinə yetirilir.

Bu il Heydər Əliyev Fondunun sayəsində tikilib istifadəyə verilən ilk təhsil ocağı Ucar şəhər 2 nömrəli tam orta məktəbi olub. Beş korpusdan ibarət olan 720 şagird yerlik həmin məktəb yanvar ayında şagirdləri qoynuna alıb və yeni binada təhsil uğurları əhəmiyyətli dərəcədə artıb. Ardınca inşa edilən daha neçə-neçə məktəb qapılarını şagirdlərin üzünə açıb. Sözügedən proqram təkcə tədris binalarının tikintisi deyil, həm də gələcəyə, elmə və biliyə qoyulan sərmayədir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva bir müddət öncə ən müasir səviyyədə təmir edilmiş Şəki uşaq evi sosial xidmət müəssisəsində, eləcə də 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Qonaqların uşaqlara hədiyyələr verməsi, onlarla birlikdə şənliklərdə iştirak etməsi balacalar üçün əsl mənəvi stimula çevrilib.

Avqustun 26-da isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva 220 yerlik yeni Bilgəh incəsənət məktəbinin açılışında iştirak ediblər. Fondun dəstəyi ilə yenidən qurulan, zəngin mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilən bu məktəbdə istedadlı uşaqlar üçün bütün zəruri şərait var.

Həmin gün Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışı da yaddaqalan olub. Burada Heydər Əliyev Fondunun hesabına əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunan binada eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, balaca soydaşlarımızın məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri sırasında təhsil ocaqlarının tikintisi də mühüm yer tutur. Böyük Qayıdışa dair Dövlət Proqramında bununla bağlı konkret işlər nəzərdə tutulub və uğurla icra olunur. Ötən tədris ilində Qarabağda 25 ümumi və 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu coğrafiya Şuşa, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarını əhatə edir.

Qeyd edək ki, “Böyük Qayıdış”la əlaqədar Bakıda və Abşeron rayonunda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin tədricən ləğv olunması prosesi aparılır. Həmin məktəblərin bir qismi Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Təhsil İdarəsindən alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətinə verilib.

Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti fəaliyyətə başladığı ilk ildən etibarən regionun akademik və sosial reabilitasiyasında aparıcı sahəyə çevrilib. Bura artıq yüksək tələbəyönümlü mühiti ilə fərqlənir. Hazırda ali təhsil müəssisəsində oxuyan hər bir gənc tamamilə ödənişsiz təhsil və yataqxana ilə təmin olunur. Həmçinin yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər də nəzərdə tutulub.

Ötən tədris ilinin uğurlu nəticələrinə misal olaraq deyə bilərik ki, ölkə üzrə həm buraxılış, həm də qəbul imtahanlarında göstəricilərin artan dinamikası müşahidə edilib. Təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 29-u isə gümüş nişana layiq görülüb və yüksək balla tələbə adını qazanıb. Fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə 3 nəfər müsabiqədənkənar qəbul hüququ əldə edib.

Sumqayıt məktəblərində əldə edilən uğurlar da sevindirici olub. Bu şəhərdə məzunlarının hamısının tələbə adı qazandığı siniflər də var. Əsaslı şəkildə təmir olunan Təbiət elmləri təmayüllü gimnaziyanın XI “a” sinfinin 17 məzunu 500-dən yüksək, 13 məzunu isə 600-dən yüksək bal toplayıb. Onlardan 13-ü Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olub.

Artıq bir neçə gündür ki, müasir lisey və təhsil mərkəzlərində yeni tədris ilinə start verilib. Bakıdakı “Evrika” Beynəlxalq Elm və Texnologiya Liseyi, Sumqayıtdakı “Layla school” məktəbəhazırlıq mərkəzi bu sıradandır. Bir neçə gündən sonra isə bütün təhsil ocaqlarında Bilik Günü təntənə ilə qeyd olunacaq. Müəllim və şagirdlər fərəhlə məktəblərə gedəcəklər. Növbəti təhsil marafonunun başlanması böyüyən nəsli gələcək arzularının reallaşmasını bir qədər də yaxınlaşdıracaq.

Ölkəmizdə təhsilin inkişafını göstərən amillərdən biri də budur ki, ali təhsil müəssisələrimizdə oxumağa maraq göstərən əcnəbi tələbələrin coğrafiyası genişlənir. Universitetlərimizin beynəlxalq əməkdaşlığının inkişafı, müxtəlif ixtisas və proqramlar üzrə təhsil imkanlarının artması, eləcə də xarici tələbələr üçün yaradılan imkanlar Azərbaycanın layiqli ali təhsil məkanı kimi tanınmasını şərtləndirir.

Tələbə–məzun proqramlarının həyata keçirilməsi də təhsildə uğur konturlarından biridir. Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin 4-cü “Maarifçi” proqramının iştirakçıları ilə görüşündə gənclərin bu sahədə həyata keçirilən prosesləri yaxından tanımalarının, real iş mühitində praktiki təcrübə qazanmalarının və peşəkar inkişaf etmələrinin önəmi vurğulanıb. Prioritet məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və nazir qeyd edib ki, gənclərin inkişafı yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmamalı, onların real iş mühitində formalaşan təcrübə və bacarıqları ilə tamamlanmalıdır.

Ayrı-ayrı nazirliklər, dövlət şirkətləri, xarici tərəfdaşlarımız da təhsil–istehsalat vəhdəti naminə əməkdaşlığı davam etdirirlər. Məsələn, bu günlərdə bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə bərpaolunan enerji laboratoriyası hədiyyə edib. Bu, şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir. Yeni laboratoriya Günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb...

Bəli, bir neçə gün sonra – sentyabrın 15-də qeyd ediləcək növbəti Bilik Gününün daha 1 illik təhsil uğurlarının etibarlı təməli olacağı şübhəsizdir.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri