Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Məktəbdə aqressiya Bullinq

Məktəbdə aqressiya Bullinq

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

“Bullinq günümüzdə populyar olan mövzulardan biridir. Belə ki, bullinq insanın iradəsindən kənar olaraq başqa insana təsir etmək üçün müxtəlif yollardan istifadə edərək təzyiq göstərməsidir. Bu, təzyiq, başqa sözlə desək, şiddət istər fiziki, istər iqtisadi, istərsə də psixoloji ola bilər. Bullinqə hər yerdə ailədə, iş yerində, təhsil müssisəsində, xüsusilə də yeniyetmələr arasında, yetkinlik yaşına çatmayan uşaqlar arasında müşahidə edə bilərik. Təəssüf ki, bullinqə məruz qalan uşaqlarda məktəbə qarşı istəksizlik, məktəbdən imtina etmək, hətta intihar düşüncələrinin yarandığını müşahidə edirik.Təsadafi deyil ki, bullinqə məruz qalan, bullinq qurbanı olmuş uşağa daha çox diqqət edir, kömək edirik. Çünki bir çox insan empatiya quraraq “Mənim övladıma da belə təzyiq olsa çox məyus olaram, qəzəblənərəm” və ya “ Mənim bacımın, qardaşımın başına belə hadisə gəlsə, necə davranardm?”, - deyə fikirləşib bu duyğuları bullinqə məruz qalmış şəxsə köçürürük. Bundan sonra insanlar ona kömək etməyə köklənir və bullinqlə üzləşən şəxsə daha çox diqqət ayırırlar. Bu təbii haldır, bizim o uşaqlara da kömək etməyimiz vacibdir. Ancaq hadisələrə birtərəfi baxmaq da düzgün deyil. Belə ki, burada belə bir suallar ortaya çıxa bilir: “Bəs bullinqi edən? Bəs bunu edən tərəf də yeniyetmədirsə? Bəs ona necə kömək etməliyik?”. Unutmamalıyıq ki, bullinqə məruz qalan kimi bullinqi edən də bir uşaqdır. Ona da kömək etmək lazımdır. Kömək etməliyik ki, bullinqə məruz qalanlar kimi, bullinqi törədənlərin də sayı azalsın”. Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova SİA-ya açıqlamasında bildirib.

Psixoloq həmçinin qeyd edib ki, ilk növbədə diqqət edilməsi və araşdırılması lazımlı məqam bullinq edən uşağın niyə bunu etməsidir. Bir uşaq niyə özündən zəifə təzyiq göstərir? Biz heç birimiz anadan nə qurban, nə də cinayətkar kimi doğuluruq. Burada incə məqamı vurğulamaq lazımdır. Bullinq edən uşaqların çox zaman ailələrində şiddət göstərən, təzyiq göstərən fərdlər olur və ya belə uşaqların özünə zamanında şiddət edilib. Çünki şiddət görən uşaq ya özünə, ya da özündən başqasına xətər yetirməyə başlayır. Təbiidir ki, burada söhbət yalnız fikizi şiddətdən getmir. Psixoloji şiddət bunlar arasında uşağa ən çox zərər verən şiddət növlərindən biridir. Fiziki cəhətdən sağlam olan insan psixoloji cəhətdən sağlam olmaya bilər. Yəni fiziki cəhətdən sağlam olan insan psixoloji cəhətdən özünə qapanan, əsəbi, aqressiv və s. ola bilər. Ancaq bunu da qeyd etmək lazımdır ki, belə insanlar bəzən ailədə, əksinə, çox sakit, mülayim olurlar. Çünki onlar öz aqressiyalarını, qəzəblərini basdırır və bunu özündən zəiflərə göstərmək mexanizmi ilə hərəkət edirlər. Əksinə, özlərindən güclü gördükləri insanlra aqressiyalarını göstərməkdən çəkinirlər.

Belə ailələrdə uşağın bu davranışını dəstəkləyən tərəflər olur. Bu, çox zaman elə ana-ata olur. Onlar övladlarının kimisə döyməsini, vurmasını gücünü göstərməsi, zəif olmaması kimi qiymətləndirirlər. Valideynlərin, “Qoy əzsin, amma əzilməsin” düşüncəsi çox vaxt vəziyyəti belə ciddi həddə gətirir.

Y.Əsgərova eyni zamanda onu da qeyd edib ki, bullinqə hər birimiz məruz qala bilərik. Burada ən vacib məsələlərdən biri zamanında müdaxilə etməkdir. Bəzən valideynlərin özladları ilə ünsiyyəti o qədər zəif olur ki, belə hadisə baş verdikdən 2-3 ay sonra məlumatları olur. Ona görə də valideynlərin övladlarına dost kimi yanaşması, gün ərzində nələr etdiklərini onlarla bölüşməsinə şərait yaratması lazımdır. Ələlxüsus yeniyetmələrlə danışarkən sualı doğru və yerində ünvanlamalı onun öz istəyi ilə günün necə keçdiyi haqqında danışmasına şərait yaratmaq lazımdır. Qeyd etmək lazımdır ki, bu söhbətlər qarşılıqlı olmalı, yəni valideynlər həm dinləyən, həm də danışan tərəf olmalıdır. Burada valideynlərin özladlarının stresini, qəzəbini anlaması, danışması və çıxış yolu üçün onu doğru istiqamətə yönləndirməsi vacib məsələlərdəndir.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri