Məktəbdə pəncərədən yıxılan şagird özəl tibb müəssisəsinə köçürüldü
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi pəncərədən yıxılaraq ağır yaralanıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb.
Kliniki Tibbi Mərkəzdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) 04.02.2026-ci il tarixində saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Xatırladaq ki, məktəbliyə almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Ağarza Elçinoğlu
Baxış sayı:153
Bu xəbər 05 Fevral 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















