Icma.az
close
up
RU
Məktəbdəki qanlı hadisələrin pərdəarxası: Yeniyetmələri bu həddə nə çatdırır?

Məktəbdəki qanlı hadisələrin pərdəarxası: Yeniyetmələri bu həddə nə çatdırır?

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Türkiyədə məktəblərə iki gün ard-arda edilən silahlı hücumlar cəmiyyətdə dərin sarsıntı yaradıb. Şanlıurfa və Kahramanmaraşda törədilən hücumlarda ümumilikdə 11 nəfər ölüb, onlarla insan yaralanıb. Şanlıurfada məktəbə silahlı basqın edən 2007-ci il təvəllüdlü Ömər Ket hadisədən sonra intihar edib. Kahramanmaraşda hadisəni törədən İsa Aras Mersinlini isə məktəb müəllimləri zərərsizləşdirib.

Son hadisələr məktəblərdə təhlükəsizlik məsələləri ilə paralel olaraq, yeniyetmələrin davranışı və psixoloji durumunu da gündəmə gətirib.

Bəs yeniyetmələrdə bu aqressiyanın səbəbi nədir? Onlar bu planları necə qururlar?   

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, yeniyetmələrin belə davranışlarının müxtəlif səbəbləri var.

Onun fikrincə, ünsiyyətdən qaçan, özünə qapanan yeniyətmələrdə daxili gərginlik daha təhlükəli davranışlara yol aça bilər:

“Hormonal dəyişikliklər, özünü ifadə edə bilməmək, ailə mühiti, sosial çevrənin təsiri, dəyər görməmək problemi və s. Bütün bunlar bir araya gəldikdə yeniyetmədə ciddi psixoloji gərginlik və stress formalaşdırır. Uzunmüddətli stress isə bəzən depressiya və ya daxili gərginlik kimi üzə çıxa bilir.

Xüsusən sakit, özünə qapanan yeniyetmələr bəzən daxilən müxtəlif ssenarilər qururlar və sonradan həmin ssenariləri reallaşdırmağa çalışırlar. Bu mərhələdə artıq “nə etdim, necə etdim, bundan sonra məni nə gözləyir?” kimi düşüncələr ortaya çıxır və bəzi hallarda bu proses insanı intihara qədər apara bilir.

Burada bir vacib məqam da var: yeniyetməlik dövründə beynin emosiyaları idarə edən, qərarverməyə cavabdeh olan hissələri hələ tam formalaşmır. Buna görə də impuls nəzarəti zəif olur. İmpulsivlik artdıqca isə aqressiv və təhlükəli davranışlarla qarşılaşmaq ehtimalı yüksəlir”.

A.Ələkbərovanın sözlərinə görə, yuxusuzluq, gecəni oyaq keçirmək və yığılan əsəb yeniyetməni daha təhlükəli hala salır:

“Ümumi sosial mühit də bu prosesə ciddi təsir göstərir. Yeniyetmələr onsuz da çox həssas və dəyişkən olurlar. Yuxu rejiminin pozulması, gecələr yatmamaq, uzun müddət oyaq qalmaq da onların psixoloji vəziyyətinə mənfi təsir edir. Yuxusuzluq emosional tarazlığı pozur və aqressiyanı artırır.

Özünə dəyər problemi də mühüm amillərdən biridir. İnsan özünə dəyər verirsə, öz qayğısına qalmağı da bacarmalıdır. Rahat yatmaq, beynini sakitləşdirmək, özünü qorumaq bunun bir hissəsidir. Amma bəzən yeniyetmə bunu anlamır, ətrafın tövsiyələrini də bəhanə kimi qəbul edir. Nəticədə yuxusuzluq, daxili narahatlıq və gərginlik onu daha aqressiv vəziyyətə gətirir”.

O bildirib ki, ailədə sevgi görməyən, diqqətdən kənarda qalan yeniyetmədə qəzəb daha tez böyüyür:

“Ailə mühiti isə məsələnin ən həssas tərəflərindən biridir. Əgər evdə valideynlər arasında konflikt varsa, uşağa qarşı sərt və ya laqeyd münasibət göstərilirsə, bu, yeniyetmədə ciddi təsir yaradır. İndiki dövrdə bir çox uşaqlar valideynlə deyil, daha çox dayə və ya başqa bir baxıcı ilə vaxt keçirir. Bu da yeniyetmədə valideynə qarşı aqressiya formalaşdıra bilir. O düşünür ki, “sən mənə sevgi vermirsən, mənə istilik göstərmirsən”.

Əvvəllər valideynlər övladlarını başqaları ilə müqayisə edirdilərsə, indi uşaqlar özləri müqayisə aparırlar. Məsələn, deyirlər ki, “bax, mənim sinif yoldaşımın anası onunla necə maraqlanır, onunla gəzməyə gedir, yanında olur. Amma mən həmişə dayə ilə böyümüşəm, mənimlə valideynim vaxt keçirməyib”. Bütün bunlar yeniyetmənin daxilində narazılıq, qəzəb və aqressiya yaradır”.

Sosioloq Mail Yaqub isə deyib ki, yeniyetmələrin belə davranışlarının arxasında yeniyetmələrin zorakı məzmunlara daha çox baxması dayanır:

“İnsan psixologiyası təsiri çox tez qəbul edir, həm də düşündüyümüzdən qat-qat sürətli. Yeniyetmələr seriallarda, kompüter oyunlarında və digər platformalarda bu cür zorakı səhnələri gördükcə, bəzən həmin davranışlara meyl göstərə bilirlər.

Təhlükəli siqnalları əvvəlcədən müəyyənləşdirmək mümkündür. Bunun üçün əsas şərt valideynlərin ayıq-sayıq olmasıdır. Əgər valideyn diqqətli olarsa, uşağın danışığında, davranışında və ümumi hərəkətlərində baş verən dəyişiklikləri vaxtında hiss edə bilər. Çünki bu tip cinayət meylləri bir gündə formalaşmır; bəzən 3 ay, 5 ay, hətta 1 il ərzində tədricən yeniyetmənin düşüncəsinə yer edir. Məhz bu müddətdə valideynlər vəziyyəti ayırd edib vaxtında müdaxilə etsələr, hadisənin qarşısını almaq mümkün olar.

Belə halların qarşısını almaq üçün dövlətin də müəyyən nəzarət mexanizmləri qurması vacibdir. Artıq bəzi Avropa ölkələrində uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsi müzakirə olunur. Eyni zamanda,  seriallara və zorakılıq məzmunlarına da nəzarət edilməlidir. Qətl, cinayət, dərin konflikt və şiddət səhnələri insan psixologiyasına mənfi təsir göstərir və müəyyən hallarda bu davranışlara meyl yarada bilir”.

O bildirib ki, yeniyetmələr bəzən cinayət və intiharı saxta qəhrəmanlıq sayır, bu isə ciddi sosial təhlükədir:

“Müasir dövrdə sosial şəbəkələrin, kompüter oyunlarının və internetin çox faydası olduğu kimi, zərərləri də var. Xüsusilə yeniyetmə dövründə insan daha çox hisslərinin təsiri altında olur. Bu yaşda uşaqlar özlərini xəyali obrazlarda, qəhrəman rollarında görmək istəyirlər. Təəssüf ki, bəzən cinayət törədənlər və ya özünə qəsd edənlər də bu cür saxta “qəhrəmanlıq” düşüncəsinə qapılırlar. Kompüter oyunlarında və müxtəlif məzmunlarda qarşılarına çıxan obrazlar onların düşüncəsində yanlış qəhrəman modeli yaradır.

Nəticədə yeniyetmə həm başqasına zərər verməyi, həm də özünə qəsdi hansısa “qəhrəmanlıq addımı” kimi qəbul edə bilir. Bu isə müasir dövrün ən ağır və təhlükəli problemlərindən biridir”.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 10 nəfər ölüb, 13 nəfər yaralanıb. 

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Aprel 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri