Icma.az
close
up
RU
Məktəbə adaptasiya üçün valideynlər nə etməlidir? Açıqlama

Məktəbə adaptasiya üçün valideynlər nə etməlidir? Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yeni tədris ilinin yaxınlaşması ilə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların bu mərhələyə adaptasiyasıdır. Hazırlıq prosesi təkcə geyim və dərs ləvazimatı almaqla bitmir. Mütəxəssislər uşağın psixoloji sağlamlığına və gündəlik rejiminə xüsusi diqqət yetirilməsini vacib sayırlar. Yuxu rejiminin mərhələli qaydaya salınması, məktəb qorxusunun aradan qaldırılması və müsbət təsəvvürün yaradılması bu dövrü rahat keçirməyə imkan verir.
Ailə və uşaq psixoloqu Aynur İsmayılova mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, məktəbə hazırlıq ilk növbədə evdə başlamalıdır.

Onun sözlərinə görə, bu proses yalnız məktəb ləvazimatlarının alınmasından ibarət deyil:
“Məktəbə hazırlıq, məktəbə əşya almaqla deyil, birinci evdə valideynlərin övladlarının məktəb fikrinə hazırlaması ilə başlayır”.
Aynur İsmayılova qeyd edib ki, tətilin başa çatmasına az qalmış uşağın gündəlik rejimi tədricən məktəb rejiminə uyğunlaşdırılmalıdır. Xüsusilə yuxu rejiminin qaydaya salınmasının vacib olduğunu vurğulayıb.
“Artıq tətildəki kimi gec yatmaq, gec oyanmaq əvəzinə rutin saatlarda yatılmalı və rutin saatlarda oyanılmalıdır ki, beyin getdikcə bu rejimə öyrəşə bilsin”, – deyə psixoloq bildirib.
Onun sözlərinə görə, məktəb ləvazimatlarının alınması zamanı uşağın seçim prosesinə cəlb edilməsi də müsbət nəticə verə bilər. Valideynlər büdcələrinə uyğun olaraq alınacaq əşyaları müəyyənləşdirdikdən sonra uşağa dəftər, kitab və çanta kimi ləvazimatları özü seçmək imkanı verə bilərlər.
Psixoloq valideynləri məktəbi uşağa təzyiq və qorxu mənbəyi kimi təqdim etməməyə çağırıb. O bildirib ki, uşağa “onsuz da məktəbə gedəcəksən” kimi ifadələrlə təzyiq göstərmək düzgün deyil.
Aynur İsmayılova vurğulayıb ki, uşağa “artıq sən də başqaları kimi yaxşı oxumalısan, böyümüsən, nələrsə yaxşı bilməlisən” demək əvəzinə, onun qarşılaşa biləcəyi çətinliklər zamanı valideyn və müəllimlərin yanında olacağı izah edilməlidir.
“Mütləq şəkildə məktəbə qarşı toksik, təzyiqli fikirli deyil, sinifə, məktəbə, sinif müəlliməsinə qarşı pozitiv təsəvvür yaratmaq uşağın məktəb narahatlığını azaldır, əksinə həvəs yaradır”, – deyə psixoloq qeyd edib.
Onun sözlərinə görə, uşağın məktəbə güvənlə getməsi xüsusilə vacibdir:
“Ən vacib məqamlardan biri odur ki, uşaq məktəbə güvənlə getməlidir, qorxu hissi etməməlidir”.
Psixoloq əlavə edib ki, uşağın məktəbdə qazandığı yalnız biliyinə verilən qiymətlə ölçülməməlidir. Burada onun müxtəlif bacarıqlarını inkişaf etdirməsi və öz resurslarını tanıması da mühüm əhəmiyyət daşıyır.
Jalə Allahverdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri