Icma.az
close
up
RU
Məktəbə bıçaq gətirən şagirdlər Hansı tədbirlər görülür...

Məktəbə bıçaq gətirən şagirdlər Hansı tədbirlər görülür...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son həftələrdə ölkənin müxtəlif bölgələrində yerləşən orta məktəblərdən gələn xəbərlər valideynləri, müəllimləri və bütövlükdə cəmiyyəti ciddi narahat edir.

Sosial şəbəkələrdə və yerli informasiya resurslarında yayılan məlumatlara görə, məktəblərdə bıçaqlanma halları qeydə alınıb.  Ən narahatedici məqam isə ondan ibarətdir ki, bəzi hallarda şagirdlər kəsici-deşici alətlərlə məktəbə daxil ola bilirlər.

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na görə, aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.

Ancaq yayılan xəbərlərdən görünür ki, bəzi məktəblərdə hələ də bu qaydalara riayət edilmir və bununla bağlı nəzarət tədbirləri görülmür.

Modern.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, ümumi təhsil müəssisələrində təlim - tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir.

Keçirilən monitorinqlər çərçivəsində  məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl etməsi vəziyyəti müşahidə olunur, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılır.

Məlumatda bildirilib ki, şagirdlərin çantalarında tədris prosesinə uyğun olmayan əşyalar aşkarlanarsa, həmin əşyalar məktəb rəhbərliyi tərəfindən götürülür:

“Şagirdlərin valideynləri məktəbə dəvət olunur, məktəb rəhbərinin iştirakı ilə valideynlə görüş keçirilir. Görüşdə tədris prosesinə uyğun olmayan, şagirdlərin həyat və sağlamlığı üçün təhlükəli və zərərli əşyaların məktəbə gətirilməsinin qadağan olması bir daha diqqətə çatdırılır və əşyalar valideynlərə təhvil verilir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində sağlam-emosional mühitin, eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən digər aidiyyəti qurumlarla birlikdə tədbirlər planına uyğun olaraq mütəmadi maarifləndirici görüşlər həyata keçirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri