Icma.az
close
up
RU
Məktəbə İLK ADDIM Sevinc, yoxsa STRESS?

Məktəbə İLK ADDIM Sevinc, yoxsa STRESS?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Sentyabrın 15-də yeni tədris ili başlayır. Kimisi məktəbə, universitetə növbəti dəfə, kimisi isə ilk dəfə gedəcək. Hər il ilk dəfə məktəbə getdiyi üçün sevinən, gülən uşaqlarla yanaşı ağlayan, kədərlənən uşaqlara da rast gəlirik. Fotolara yansıyan bu görüntülər uşaqların yeni həyata alışa bilməmə qorxusu kimi normal qarşılansa da digər səbəblərdən qaynaqlandığı narahat olmağa əsas verir.
Uşaqlarda yaranan bu kədərin, gərginliyin səbəbi nədir? Uşaqları psixoloji olaraq məktəb həyatına necə hazırlamaq lazımdır?
Mövzuya münasibət psixoloq Əfsanə Rüstəmova Bizim.Media-ya deyib ki, uşaqlarda məktəbə qarşı qorxu yaradan ilk dərs gününə hazırlıq prosesidir:
“Əslində, məktəb özü uşaq üçün qorxulu deyil. Çünki o, bağçaya, məktəbə hazırlıq qrupuna gedib. Uşaq məktəb qorxulu yerdir və ya anam-atam məni qoyub gedəcək deyə ağlamır. Həmin gün evdə hazırlanıb məktəbə getmə təlaşı, valideynin buna çox önəm verməsi, valideyn qruplarındakı səs yazılarınn anaya təsiri və ya o səslərin söz-söhbətə səbəb olması və bu kimi şeylər məktəb haqqındakı ilkin informasiya olaraq onları qorxudur.

Məktəbin valideyndə yaratdığı fikri valideyn uşağa ötürəndə xaotik vəziyyət, kədər yaradır ki, bu da elə fotoların ortaya çıxmasına gətirib çıxarır. Burada əsas kombinasiya, yəni valideyn və məktəb münasibətləri yumşaldılmalıdır, yəni müəllim valideyndən, valideyn də müəllimdən bu qədər şey tələb etməməlidir. Bunlar hər ikisi öz öhdəliklərini bilsələr, bu halda tərəflərin ikisinin də stress yükü azalacaq.

Məktəblə bağlı müəllimin də, valideynin də qayğıları var və bu iki yetkin tərəfin anlaşmaması yetkin olmayan tərəfin aşırı stress yaratmasına gətirib çıxarır. Müəllim uşağı öyrətməklə yanaşı, valideynə də söz çatdırmalıdır. Valideyn də uşağını dəstəkləməklə yanaşı müəllimə özünü müdafiə eləməlidir. Halbuki burda iş birliyi olmalıdır”.
Psixoloqun sözlərinə görə, valideyn digər şeylərdən sorumlu olmadığını anlasa, öz stressi azalar:
“Belə olduqda uşağımızın da stressi azalacaq. Amma uşaq hər səhər ananın təlaşını görsə, valideyn uşağı məktəbə gecikmə və bu gecikməyə görə müəllimin tənbehinə məruz qalma həyəcanı ilə oyatsa, uşağın ruhunda məktəbə qarşı heç bir yaxınlıq olmayacaq. Ona görə də bu etap birinci valideyndə keçməlidir. Valideyn müəlim kombinasiyasında obrazlar doğru rolları götürə bilsələr, bu qədər ciddi problem yaranmaz. Müəllim-valideyn və uşağa ötürülən həyəcan təkraralanan hərəkətdir. Tərəflərdən biri yetkin olub dayanmalı, öz obrazının nəyə ixtiyarı olub olmadığını bilməlidir”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri