Icma.az
close
up
RU
Məktəbə olunan hücum terror aktıdırmı? ANALİZ

Məktəbə olunan hücum terror aktıdırmı? ANALİZ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə polisinin ilkin araşdırmalarına görə, hadisə fərdi hücum olub

Türkiyədə aprelin 14 və 15 -də Kahramanmaraş və Şanlıurfa məktəblərində törədilən qanlı olay az qala bütün Türk dünyasını sarsıtdı. Kahramanmaraşdakı orta məktəbinə edilən hücum nəticəsində 9 nəfər ölüb, 20 nəfərin yaralandığı bildirilir. Ölkənin səhiyyə nazirliyinin verdiyi məlumata görə, hazırda 6 nəfərin vəziyyəti ağırdır. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Kahramanmaraşdakı vəziyyətlə bağlı son məlumatları paylaşıb. O bildirib ki, ölənlərdən səkkizi şagird, bir nəfər isə müəllimdir.Hücumu iki sinif otağında atəş açan səkkizinci sinif şagirdi İsa Aras Mersinli törədib. O, intihar edib. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən səkkizinci sinif şagirdinin atasını saxlayıblar. Saxlanılan şəxs keçmiş polis zabiti Uğur Mersinlidir. Hücumu təşkil edən İsa Aras Mersinli məktəbə beş tapança və yeddi sursat maqazini ilə gəlib. Silahların onun tasına məxsus olduğu ehtimal olunur. Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, bütün müvafiq qurumlar, əsasən daxili işlər, ədliyyə və milli təhsil nazirlikləri hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün hərtərəfli araşdırma və yoxlamalar aparır.

Türkiyə polisi 15 apreldə məktəbə ölümcül hücum edən 14 yaşlı şagirdlə bağlı yeni detalları açıqlayıb. Türkiyə Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, hadisələrlə əlaqədar ümumilikdə 83 nəfər saxlanılıb. Aparılan istintaq və kibertəhlükəsizlik tədbirləri çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin Telegram platformasında fəaliyyət göstərən 93 qrup bağlanıb. Qurumlar qeyd edib ki, əməliyyatlar davam etdirilir və hadisələrlə bağlı əlavə şəxslərin müəyyən olunması istiqamətində iş aparılır.

Sosial şəbəkələrin cinayətin törədilməsində rolu

Türkiyə hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, ilkin araşdırmalar zamanı şübhəlinin WhatsApp profilində 2014-cü ildə ABŞ-da qətl törətməsi ilə tanınan Elliot Rodgerə bağlı bir şəkil istifadə etdiyi aşkar edilib. Qanlı olayı törədən şəxsin evində və atasının avtomobilində aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar müsadirə edilib və hazırda təhlil edilir. Hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarına görə, terrorizmlə əlaqəsinə dair heç bir dəlil tapılmayıb və hadisə fərdi hücum kimi qiymətləndirilir.

Araşdırmalara əsasən demək olar ki, dünyanın müxtəlif ölkələrində məktəblərinə şagirdlərin hücumlara etmələri faktları mövcuddur. ABŞ-da 23 may 2014-cü ildə Elliot Rodger Kaliforniya Universitetinin, Santa Barbaranın yaxınlığındakı İsla Vistada hücum törədərək altı nəfəri öldürüb, 14 nəfəri yaralayıb. Bundan əvvəl o, YouTube-da video paylaşıb və motivlərini izah edən manifest göndərib. Hücumçu əvvəlcə iki otaq yoldaşını və onların dostunu bıçaqlayaraq öldürüb. Daha sonra tələbə yataqxanalarının yaxınlığında və yaxınlıqdakı mağazada atəş açıb. Daha sonra ərazidə nizamsız şəkildə hərəkət edərək, avtomobili ilə piyadalara atəş açıb və polislə atışma baş verib. Nəticədə o, avtomobilini park edilmiş avtomobilə çırparaq intihar edib. 2025-ci ilin fevral ayında İsveçin Örebro şəhərində yerləşən Campus Risbergska təhsil müəssisəsində silahlı hücum zamanı 10 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.2025-ci ilin iyun ayında Avstriyanın Qraz şəhərində yerləşən “Dreierschützengasse” liseyinə edilən hücum zamanı 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Hücum edən şəxs hadisədən sonra intihar edib. ABŞ-ın Tennesi ştatında yerləşən Antiox liseyində şagird tərəfindən açılan atəş nəticəsində 1 şagird ölüb, 1 nəfər yaralanıb. 2025-ci ilin sentyabr ayında ABŞ-ın Kolorado ştatında Evergreen High School-da baş verən silahlı hücumda 2 şagird ağır yaralanıb.

Bütün bu kimi olaylar onu deməyə əsas verir ki, uşaq hesab olunan şagirdlər belə bəzən əlinə silah alıb, dostunu, sinif yoldaşını öldürməkdən, yaralamaqdan çəkinmir. Bu kimi ürəkağrıdan hadisələrin səbəbi isə sosial şəbəkələr hesab olunur. Məhz uşaqların sosial şəbəkələrdən öyrəndiyi qeyri-insanı vərdişləri müəyyən vaxt sonra amansız cinayətlərin törədilməsinə gətirib çıxarır. Ona görə də, hər bir valideyn uşaqlarını daim nəzarət altında saxlamalıdır. Xüsusilə də, uşaqların sosial şəbəkələrdən necə və hansı formada istifadə etməsinə fikir verilməlidir.

İlham ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri