Icma.az
close
up
RU
Məktəbi bağlamaq kəndi təkcə təhsildən yox, öz kimliyindən də məhrum etməkdir Əməkdar müəllimdən sərt AÇIQLAMA

Məktəbi bağlamaq kəndi təkcə təhsildən yox, öz kimliyindən də məhrum etməkdir Əməkdar müəllimdən sərt AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kənd məktəblərinin problemi təkcə dərsliyin, müəllimin və ya binanın çatışmazlığı deyil, bu, bütöv bir sistem məsələsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva kənd məktəblərində yaşanan problemlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, kənd məktəblərində təhsilin səviyyəsini artırmaq üçün birdəfəlik kampaniyalar yox, ardıcıl və çoxşaxəli siyasət lazımdır:

"Burada ən vacib amil, müəllimdir. Avropa ölkələrində ucqar kəndlərdə məktəblərə müəllim cəlb etmək üçün əlavə maaş, sosial paket və karyera üstünlükləri verilir. İndoneziya, Çili və Yeni Zelandiya bu modeli tətbiq edərək kənd-şəhər fərqini əhəmiyyətli dərəcədə azaldıblar. Bizdə də kənd müəllimi olmaq “məcburi seçim” yox, cəlbedici seçim olmalıdır.

Digər addım kənd məktəblərində infrastrukturun minimum standartını müəyyənləşdirməkdir. İnternet, kompüter, işıqlı sinif otaqları və yaxşı maddi-texniki bazası olan bina olmadan nə müəllimin tədrisə həvəsi olur, nə də şagird keyfiyyətli təhsil alır. Bir çox ölkədə bu standartlar hüquqi sənədlərlə tənzimlənir. Üçüncü istiqamət rəqəmsal tədrisdir. Hindistan və Çilidə kənd məktəblərinin şəhər məktəbləri ilə “qardaşlaşması”, onlayn dərslər, smart-siniflər və resurs paylaşımı çox effektiv nəticə verib. Bu, bizdə də real həll yolu ola bilər.

Dördüncü məsələ məktəbin şagird üçün əlçatan olmasıdır. Ucqar kəndlərdə yol və nəqliyyat problemi şagirdlərin məktəbdən uzaqlaşmasının əsas səbəblərindəndir. Bir çox ölkədə şagirdlər dövlət tərəfindən məktəbə aparılır və bu, davamiyyəti ciddi şəkildə yaxşılaşdırır. Və nəhayət kənd məktəbi təhsil sisteminin təkbaşına daşıdığı yük deyil. Ən uğurlu modellərdə məktəbə icma, yerli özünüidarə qurumları, sahibkarlar və QHT-lər dəstək verir. Nəticədə məktəb kəndin sosial və iqtisadi mərkəzinə çevrilir. Bizdə isə QHT-lər hər hansı bir tədbir və ya dəstək üçün məktəbin yanından da keçə bilmir. Valideyin dəstəyi isə çox vaxt mənimsənilir, real ehtiyaclara yönəlmir".

Əməkdar müəllim hesab edir ki, kənd məktəbində tədrisin keyfiyyətini artırmaq üçün müəllimə real stimul, məktəbə minimum standartların ödənilməsi, rəqəmsal dəstək və icma ilə əməkdaşlıq lazımdır.

"Bunlar birlikdə işləsə, kənd məktəbləri güclənər. Bizim təcrübəmizdə isə görünən odur ki, ucqar kəndlərdə məktəblər bağlanır. Məktəb bağlanan kimi kənd də sürətlə boşalır. Valideyn uşağını uzaq məsafəyə göndərə bilmir, gənc ailələr uşaqların təhsili ilə başqa yerlərə köçür. Dünyanın inkişaf etmiş ölkələri olan Finlandiya, Kanada, Norveç kənd məktəblərini strateji obyekt kimi qoruyur, çünki məktəb bağlananda region inkişafı dayanır. Kənd uşağının şəhər uşağı ilə eyni təhsil imkanına sahib olması dövlətin konstitusion öhdəliyidir. Məktəbi bağlamaq ən həssas qrupu, ucqar bölgələrdə yaşayan uşaqları sistemdən kənarlaşdırmaq deməkdir. Üstəlik, kənd məktəbi icmanın mədəni yaddaşı, birliyi və sosial həyatının mərkəzidir. Bu məkanı bağlamaq kəndi təkcə təhsildən yox, öz kimliyindən də məhrum etməkdir", - deyə Sona Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see238

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see193

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see157

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see145

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see137

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri