Icma.az
close
up
RU
Tumların bilmədiyimiz faydaları çoxdur AÇIQLAMA

Tumların bilmədiyimiz faydaları çoxdur AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Onun tərkibindəki faydalı maddələr beyin sağlamlığına müsbət təsir göstərir



Dietoloq Jill Nassinov bəzi tumların beyinə təsirindən danışıb. Onun sözlərinə görə, tumların, toxumların bilmədiyimiz faydaları çoxdur: “Günəbaxan, balqabaq, küncüt və çia toxumlarının tərkibində hüceyrələri qocalmaqdan qoruyan maddələr var. Toxum təkcə orqanizmin deyil, beynin də gəncliyini uzatmağa yardımçı olur. Toxumlarda olan omeqa-3 yağ turşuları koqnitiv funksiyaları qorumağa kömək edir”.

Mütəxəssis həmçinin istənilən giləmeyvə və nori dəniz yosununu sağlam, lakin daha az kalorili qəlyanaltı adlandırıb. O izah edib ki, giləmeyvə iltihabla mübarizə aparmağa kömək edir, çünki onlar antioksidantların güclü mənbəyidir. Onun sözlərinə görə, nori həm də antiinflamatuar təsirə malikdir və həmçinin çoxlu yod və digər faydalı maddələr ehtiva edir.


Həkim-dietoloq Ləman Süleymanova da qeyd edib ki, tum və toxumların tərkibindəki faydalı maddələr beyin sağlamlığına müsbət təsir göstərə bilər. O, günəbaxan tumunun tərkibindəki E vitamini və maqneziumun orqanizmə olan təsirindən bəhs edib. Dietoloq bildirib ki, E vitamini antioksidant təsir göstərərək orqanizmi xərçəng hüceyrələrinin yaranmasından qoruyur və iltihab əleyhinə təsir göstərir. Maqnezium isə sümük-oynaq sisteminə və ürəyin fəaliyyətinə müsbət təsir edir: 

“Bundan əlavə, digər mənbələrdə balqabaq tumunun yaddaşı aktivləşdirdiyi, baş-beyin funksiyalarını yaxşılaşdırdığı və emosional psixoloji durumu müsbət təsirləndirdiyi qeyd olunur.​ Bu qidalar neyronların sağlamlığını dəstəkləyir, yaddaş və diqqət funksiyalarını yaxşılaşdırır, həmçinin degenerativ xəstəliklərin – məsələn, altsheymer və parkinson – riskini azaldır. Mütəmadi şəkildə kiçik miqdarda tum və toxum qəbul etmək həm əqli məhsuldarlığı, həm də emosional sabitliyi gücləndirə bilər. Ən yaxşı nəticə isə onları duzsuz və qovrulmamış halda istifadə etdikdə əldə olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Aprel 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri