Icma.az
close
up
RU
Məktəblərdə dərslər 1 saat gec başlayacaq? RƏSMİ AÇIQLAMA

Məktəblərdə dərslər 1 saat gec başlayacaq? RƏSMİ AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dekabr ayıdır, səhər tezdən, ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında - yanvarda, fevralda - bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov özünün "Facebook" hesabında yazıb.

Kamran Əsədov: Böyüklər səhər saatlarında çətinlik çəkirsə, uşaqların bu vəziyyətə uyğunlaşmasını gözləmək haqsızlıqdır

Ekspert qeyd edib ki, əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar - daha çox yuxuya və dincliyə ehtiyacı olanlar - daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir? Bu, təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verir.

K.Əsədov bildirib ki, bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır və erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur:

"Uşaqların inkişafı üçün yetərli yuxu çox vacibdir. Erkən qalxmaq onların yuxu ritmini pozur, dərslərə diqqətini azaldır və ümumi sağlamlığına mənfi təsir göstərir. Böyüklər belə səhər saatlarında çətinlik çəkirsə, uşaqların bu vəziyyətə uyğunlaşmasını gözləmək haqsızlıqdır".

Qış aylarında dərslərin 1 saat gec başlamasını təklif edən təhsil eksperti izah edib ki, bu addımın atılması uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar, onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar və valideynlər üçün erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər:

"Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir. Məktəblərin dərs saatlarının daha gec başlanması həm uşaqların rifahını yaxşılaşdırar, həm də onların məktəbdə daha diqqətli və motivasiyalı olmasına kömək edər".

Bəs görəsən, məktəblərdə dərslər 1 saat gec başlaya bilərmi?

ETN: Hər bir məktəbin özü pedaqoji şuranın qərarı ilə dərslərin başlanma vaxtını müəyyən edə bilər

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən ümumi təhsil müəssisələrində dərslərin səhər saat 8-də başlanması məqsədəuyğundur.

O da qeyd olunub ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.9-cu və 4.1.1-ci bəndlərinə əsasən müəssisənin iş rejiminin müəyyənləşdirilməsi pedaqoji şuranın səlahiyyətləri daxilindədir və bu səlahiyyətdən istifadə edərək hər bir ümumi təhsil müəssisəsinin özü pedaqoji şuranın qərarı ilə dərslərin başlanma vaxtını müəyyən edə bilər:

"Bundan əlavə, hazırda dərslərin səhər saat 8-də başlaması digər sosial məsələlərdən də qaynaqlanır. Bunlar həmin saatlarda nəqliyyatda tıxacın nisbətən az olması və övladlarını ümumi təhsil müəssisəsinə apardıqdan sonra işləyən valideynlərin (və ya digər qanuni nümayəndələrin) əksər hallarda saat 09:00-da işə başlamasıdır".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:426
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri