Icma.az
close
up
RU
Məktəblərdə hər bir şagirdin dilinə diqqət yetirilməlidir Millət vəkili

Məktəblərdə hər bir şagirdin dilinə diqqət yetirilməlidir Millət vəkili

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova deyib ki, ana dilimizdəki problemlərin, dil pozuntularının əsas səbəbi orta məktəbdə tədrisdir. 

Həqiqətən də bütün problemlər orta məktəbdənmi başlayır? Bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu məsələdə məsuliyyəti yalnız bir qurumun və ya strukturun üzərinə qoymaq doğru olmaz:

"Əgər biz bir-birimizi ittiham etməyə başlasaq və günahı yalnız mətbuata, media qurumlarına atsaq, heç bir nəticəyə nail ola bilməyəcəyik. Bu cür polemikalara və müzakirələrə sağlam yanaşma hesab etmirəm. Mənim fikrimcə, burada hamımız məsuliyyət daşıyırıq. Əvvəlcə, hər birimiz danışarkən, sözlərimizdə, dilimizdə və danışığımızda mütləq şəkildə ana dilimizin qaydalarına riayət etməliyik. Bu məsələnin həlli ilk növbədə məktəblərdə başlamalıdır. Məktəblərimiz bu məsələyə çox ciddi yanaşmalıdır və hər bir şagirdin dilinə diqqət yetirilməlidir".

Deputat vurğuladı ki, ana dilimizin qorunması məktəblilərimizin gündəmində prioritet məsələ olmalıdır.

"Media bu məsələdə çox diqqətli olmalıdır. Televiziya aparıcılarının, jurnalistlərin danışıq tərzi, işlədikləri ifadələr və ləhcə seçimləri vacibdir. Media qurumları hər zaman bu sahədə etikaya, düzgünlüklə yanaşmalı və dilin saflığını qorumağa səy göstərməlidir. Universitetlərimiz də bu məsələdə öz üzərinə düşəni etməli və tələbələrlə sıx əməkdaşlıq aparmalıdırlar. Tələbələrə ana dilinin saflığını və təmizliyini qorumağın nə qədər vacib olduğunu anlatmalıdırlar. Elmi cəmiyyətin üzərinə də böyük bir məsuliyyət düşür. Akademik institutlar və tədqiqat mərkəzləri bu məsələyə xüsusi diqqət göstərməli və elmi dairələrdə bu məsələyə münasibəti yüksək tutmalıdırlar. Bu məsələdə hər kəsin üzərinə düşən məsuliyyət var və hər birimiz bu mesajdan öz payımızı götürməliyik.  Prezidentin çıxışından, yanaşmalarından və fikirlərindən doğru nəticələr çıxarmalıyıq", - deyə Ceyhun Məmmədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri