Icma.az
close
up
RU
Ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilməlidir Millət vəkili

Ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilməlidir Millət vəkili

525.az saytına istinadən Icma.az xəbər verir.

Müasir dövrün çağırışları və əmək bazarının dinamikası bizdən təhsil sistemində çevik və innovativ yanaşmalar tələb edir. Elmi və texnoloji tərəqqi elə bir sürətlə gedir ki, klassik ixtisaslar artıq tələbatı tam qarşılamır. Bu baxımdan, növbəti yeni tədris ilindən etibarən ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilsin.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım 525.az-a deyib.

Deputat bildirib ki, Azərbaycan artıq yaşıl enerji zonalarına keçid prosesini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaşıl enerji məkanı kimi müəyyən olunub. Bu o deməkdir ki, biz gələcəkdə bu sahədə həm daxili, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük potensiala malikik.

Millət vəkilinin sözlərinə görə, diqqət yetirməli olan əsas məqam budur ki, bütün bu texnoloji və strateji keçidlərə uyğun olaraq, insan kapitalı da bu dəyişikliklərə uyğun formalaşmalıdır. Yeni çağırışlar yeni ixtisaslar tələb edir. Buna görə də mən hesab edirəm ki, ali məktəblərdə və ixtisaslaşmış kollec səviyyəsində aşağıdakı yeni ixtisasların tədrisi zəruridir: Məsələn, 

*İqlim hüququ (Climate Law) – iqlim dəyişikliyi ilə bağlı qlobal mübarizədə hüquqi baza formalaşdırmaq üçün, Süni intellekt etikası (AI Ethics) – texnologiyanın sürətli inkişafı fonunda etik tənzimləmələrə olan ehtiyac səbəbilə, Yaşıl iqtisadiyyat (Green Economy) və bərpa olunan enerji mühəndisliyi (Renewable Energy Engineering) – enerji təhlükəsizliyi və ekoloji sabitlik naminə, Ağıllı kənd təsərrüfatı (Smart Agriculture) – kənd təsərrüfatının texnoloji əsaslarla modernləşdirilməsi üçün, Rəqəmsal humanitar elmlər (Digital Humanities) – mədəni irsin və sosial elmlərin yeni texnologiyalarla inteqrasiyası üçün, Biotexnologiya (Biotechnology) – səhiyyə və ərzaq təhlükəsizliyi kimi sahələrdə innovativ yanaşmalar üçün.*

Fatma Yıldırım qeyd edib ki, yaşıl enerji strategiyasına uyğun təhsil islahatları aparmadan real inkişaf mümkün deyil. Biz gərək bu gün bu addımı ataq ki, sabah peşəkar kadr çatışmazlığı ilə üz-üzə qalmayaq.

Bununla yanaşı, bu təşəbbüs həm də sosial və iqtisadi baxımdan vacibdir. Çünki bu ixtisaslar gənclərin məşğulluq imkanlarını genişləndirəcək, onların həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında rəqabətə davamlı mütəxəssis kimi yetişməsinə imkan verəcək. Bu sahələr üzrə peşəkarların hazırlanması ölkədə aparılan ekoloji siyasətin uğurla icrası üçün kadr bazasının formalaşdırılmasına da xidmət edəcək. Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizi bu sahədə liderliyə doğru aparır və biz artıq təhsildə də bu liderliyə uyğun sürət almalıyıq.

Bu baxımdan, müasir dövrün tələblərinə cavab verən ekoloji və texnoloji ixtisasların təhsilə inteqrasiyası təkcə bir təhsil qərarı deyil, eyni zamanda milli strateji çağırışdır - deyə Fatma Yıldırım vurğulayıb.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri