Millət vəkili ərzaq təhlükəsizliyində önəmli məsələyə diqqət çəkdi
Icma.az, Adelet.az saytına istinadən bildirir.
Millət vəkili Pərvanə Vəliyeva 23 apreldə Milli Məclisdə keçirilən "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxıb edərək iqlim dəyişmələrinin, ətraf mühitə təsirlərin ərzaq və su təhlükəsizliyinə mənfi təsirlərindən danışıb.
İqlim dəyişmələri və su ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar kənd təsərrüfatı sektoruna, xüsusilə də ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir.
Son illərdə dünya üzrə müşahidə olunan quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji tarazlığın pozulmasının nəticəsidir. Qlobal istiləşmə bitkilərin böyüməsini ləngidir, bu da kənd təsərrüfatına geniş təsir göstərərək ərzaq təhlükəsizliyini risk altına qoya bilər. COP29 zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri oldu. Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi Səhiyyə və ərzaq təhlükəsizliyi adlı sessiyada iqlim dəyişmələrinin dünya ərzaq təhlükəsizliyinə mənfi təsirləri və adaptasiya tədbirlərinin dayanıqlı kənd təsərrüfatına töhfəsi müzakirə olundu.
Azərbaycanda yağıntıların qeyri-bərabər paylanması kənd təsərrüfatı üçün problem yaradır. Aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasına baxmayaraq, bitkilərin böyümə dövrlərində yağıntının az olması məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərir.
Hazırda suvarma suyuna olan tələbatın yalnız 20%-i daxili ehtiyatlar hesabına ödənilir, qalan 80%-i isə tranzit suların payına düşür. İndi Həkəriçay, Bərgüşad və Araz çaylarının üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur, ancaq bunu da qeyd etmək lazımdır ki, bu üç çay da tranzit çaylarımızdır və Ermənistanın qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayəsi fəaliyyəti nəticəsində uzun illərdir ağır metallarla çirkləndirilir. Bu sahədə advokasiyamızı artırmalıyıq. Çirklənmiş suyun ətraf mühitə, bitkilərə və heyvanlara dolayısı ilə təsiri nəticəsində baş verir. Bioakkumulyasiya və biomagnifikasiya nəticəsində ağır metallar balıqlarda, iribuynuzlu heyvanlarda və digər kənd təsərrüfatı məhsullarında yığılır. İnsanlar bu məhsulları yedikdə tədricən sağlamlıqlarına zərər dəyir. Çirkli su ilə suvarılan bitkilər (tərəvəz, meyvə və taxıllar) bu metalları udur. Uzun müddət bu qidaların qəbulu qaraciyər, böyrək və sümük problemlərinə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 Aprel 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















