Icma.az
close
up
RU
Məktəblərdə hicabı qadağan edən türk ölkələri Siyahı

Məktəblərdə hicabı qadağan edən türk ölkələri Siyahı

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda orta məktəblərdə qəbul edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilməməsi ilə bağlı bir neçə gün öncə imzalanan qərar təbii sual doğurur: belə bir presedent hansı türk-müsəlman ölkəsində var?

Axar.az xəbər verir ki, Türkiyənin “Yavru Vətən” adlandırdığı, iqtisadi, sosial, beynəlxalq siyasəti Türkiyəsiz təsəvvür edilməyən Şimali Kipr Türk Cümhuriyyətində orta və ali təhsil müəssisələrində hicab məsələsi 2025-ci ildə ciddi mübahisələrə səbəb olub.

Orta məktəb və liseylərdə 2025-ci ilin mart-aprelinə qədər dini simvollar, o cümlədən baş örtüyü (hicab/türban) qadağan idi.

2025-ci ilin martında Nazirlər Kabineti intizam nizamnaməsinə dəyişiklik edərək, liseylərdə (orta təhsilin yuxarı pilləsi) şagirdlərə məktəb formasını tam örtməmək şərti ilə inancına uyğun baş örtüyü taxmağa icazə verdi. Orta məktəblərdə isə qərar məktəb rəhbərliyinə buraxıldı. Üzü tam örtən geyimlər (niqab, burqa, peçe) qadağan olaraq qaldı.

Lakin 25 sentyabr 2025-ci ildə Ali Məhkəmə bu nizamnamə dəyişikliyini Konstitusiyaya zidd hesab edərək ləğv etdi. Nəticədə vəziyyət 2025-ci ilin martından əvvəlki statusa qayıtdı və orta məktəblərdə dini simvollar və baş örtüyü qadağan edildi.

Qazaxıstanda 2016-cı ildən Təhsil Nazirliyinin məktəb forması haqqında qərarı ilə hər hansı dini mənsubiyyəti göstərən geyim elementləri, o cümlədən hicab qadağan edilib. Bu qayda həm şagirdlərə, həm də müəllimlərə şamil olunur.

2023-cü ildə qadağa daha da sərtləşdirilib, 2026-cı ildə isə Təhsil Nazirliyi qaydaya əməl etməyən xüsusi məktəblərin lisenziyasının ləğv oluna biləcəyini elan edib.

Özbəkistan 2018-ci ildən orta məktəblərdə dini mənsubiyyəti əks etdirən elementlərin (hicab daxil) istifadəsini qadağan edib və məktəblərin daxilində baş örtüyünə icazə vermir. 2021-ci ildə isə istisna olaraq milli üslubda ağ və ya açıq rəngli “romol” adlanan (boyunun arxasından bağlanan baş örtüyü) və ya “doppi” (milli papaq) taxmağa icazə verilib.

Qırğızıstan regionda hicaba rəsmi qadağa qoymayan yeganə ölkədir. Məktəblərdə hicaba icazə verilir, baxmayaraq ki, bəzi yerlərdə forma qaydaları ilə bağlı lokal mübahisələr baş verib. Son illərdə niqab qadağan edilib, lakin sadə hicaba nisbətən dözüm nümayiş etdirilir.

Türkmənistanda şagirdlərin geyimi hökumət tərəfindən ciddi şəkildə tənzimlənir. Dövlət tərəfindən təyin olunmuş milli geyim tətbiq edilir. Hicab praktiki olaraq qəbul edilmir, yalnız milli baş örtükləri olmalıdır, qadınlar (müəllim və şagirdlər daxil) dövlətin müəyyən etdiyi üsluba uyğun geyinməlidir.

Rusiya Federasiyasının Tatarıstan Respublikasında dövlət səviyyəsində məktəblərdə baş örtüyünün (hicab və ya sadə platon) taxılmasına dair birbaşa qadağa mövcud deyil. 2013-cü ildən məktəblər dünyəvi geyim tələb edir.

Orta Asiyanın digər ölkəsi Tacikistan 2007-ci ildən məktəb və universitetlərdə hicabı (həmçinin qısa ətək) qadağan edib. 2024-cü ildə “milli mədəniyyətə yad geyimlər”in idxalı, satışı, təbliği və istifadəsi qadağan olunub. Hətta bu qadağaları pozanları yüksək cərimələr gözləyir.

Hicablı qızlar və qadınlar Tacikistanda dövlət müəssisələrinə, o cümlədən məktəblərə daxil olarkən məhdudiyyətlərlə üzləşirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Oktyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri