Icma.az
close
up
RU
Məktəblərdə psixoloq çatışmazlığının aradan qaldırılması üçün ciddi işlər görülməlidir” Təhsil eksperti

Məktəblərdə psixoloq çatışmazlığının aradan qaldırılması üçün ciddi işlər görülməlidir” Təhsil eksperti

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda ciddi problemlərdən biri də məktəblərdə psixoloq çatışmazlığının olmasıdır. Çoxsaylı şagirdləri olan məktəblərdə belə psixoloqların sayı azdır.  Bu qədər şagirdə bir- iki nəfər psixoloqun olması nə dərəcədə düzgündür?  Rayon məktəblərində də vəziyyət o qədər ciddidir. Hətta bəzi rayon, kənd məktəblərində psixoloqlara ehtiyac varkən nəyə görə  bu məsələnin üstünə düşülmür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, hazırda təhsil müəssisələrində psixoloq çatışmazlıqları mövcuddur:
“Biz hazırkı qanunvericiliyə baxsaq, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəblərdə psixoloqların paylanma prinsipi bəzi təhsil müəssisələrində iki nəfər, bəzilərində isə bir nəfər həddində formalaşıb.  Əsasən, şagird sayı çox olan məktəblərdə iki-üç nəfərə qədər, şagird sayı az olan məktəblərdə isə bir nəfər psixoloqun olması ilə bağlı qərar verilib. Amma düşünürəm ki, hazırda şagird sayı iki mindən çox olan məktəblərdə psixoloq sayını daha da artırmalıyıq. Yəni, fikrimcə, bir-iki psixoloq yox, ən azı təhsil müəssisəsində minimum üç-dörd psixoloq fəaliyyət göstərməlidir. Düzdür, bütün şagirdlərin hər birinin psixoloqa ehtiyacı yoxdur. Yalnız istisna hallarda şagirdlərin psixoloqa müvafiq olaraq ehtiyacları duyula bilir. Ümumilikdə psixoloq o demək deyil ki, şagird daimi davranış qaydalarını pozduğu zaman  psixoloq onlarla işləsin. Psixoloqların özlərinin vəzifə və səlahiyyətləri var. Bu vəzifə və səlahiyyətlərdən irəli gələrək  onların ümumi tədrisi proqramına, şagirdlərin yaş psixologiyasının nəzərə alınıb- alınmamasına və s. digər amillərə diqqət yetirməlidirlər”. 
Ekspert bildirib ki, rayon məktəblərində vəziyyət paytaxt məktəbləri ilə müqayisədə daha acınacaqlıdır:
“Çünki rayonlarda təhsil müəssisələrində ya psixoloq yoxdur, ya da olan psixoloq da ixstisas sahibi deyil. Belə olan halda, əlbəttə rayonda daha acınacaqlı vəziyyət formalaşır. Düşünürəm ki, məhz psixoloqlarla bağlı gələcəkdə aidiyyatı qurumlar tərəfindən müvafiq qərar alına bilər. Son illər ərzində, bu istiqamətdə daha çox fəaliyyəti  Bakı Təhsil İdarəsində görürük. Onlar demək olar ki, son illərdə  müvafiq müsahibə əsasında psixoloqların işə qəbulunu həyat keçirirlər. Əlbəttə ki, bu təcrübəni digər regional təhsil idarələri də mütləq öyrənməli və tətbiq etməlidir. Şagirdlərin psixoloqlarla  işləməsi, ümumiyyətlə məktəblərdə psixoloq çatışmazlığının aradan qaldırılması üçün ciddi işlər görülməlidir”.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri