Icma.az
close
up
RU
Məktəblərdə bu qayda tətbiq edilə bilər Təhsil eksperti

Məktəblərdə bu qayda tətbiq edilə bilər Təhsil eksperti

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Əvvəllər məktəblərin nəzdində qiyabi qruplar fəaliyyət göstərirdi. Burada əsas məqsəd gənclərin və yaşlıların tam orta təhsil almalarına imkan yaratmaq idi. İşləyən və gündüz dərslərində iştirak edə bilməyənlər qiyabi qruplar axşam dərslərinə qoşulurdular.

Bəs niyə hazırda axşam məktəbləri fəaliyyət göstərmir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib ki, əvvəllər məktəb sayı az olduğu üçün, o cümlədən əhalinin sıxlığı səbəbindən belə qərara alınmışdı. Amma hazırda ölkədə 4400-dən çox ümumi və tam orta təhsil müəssisəsi fəaliyyət göstərir və 1 milyon 600 mindən çox şagird təhsil alır:

"Tam olaraq axşam şöbəsi olmasa da, bəzi yerlərdə əhalinin sıxlığı və məktəblərin azlığı səbəbindən ikinci növbə yaradılıb və  yenə də şagirdlər axşam saatlarında - saat 6-da, 7-ə işləmiş dərsdən çıxırlar. Yəni iki növbəli bir sistem tətbiq olunub. Kənd yerlərində isə əhali, təəssüflər olsun ki, əvvəlki qədər deyil. Onların böyük əksəriyyəti iri şəhərlərə, əsasən də paytaxta köçürlər və nəticə etibarilə məhz orada da, kənd məktəblərində də bir növbəli sistem, bəzi hallarda iki növbəli sistem tətbiq olunur. Axşam şöbələri isə demək olar ki, yoxdur. İstisna hallarda bəzilərində ola bilər, bu da əsasən qəsəbə tipli məktəblərdir ki, onlarda şagird sayı çoxluğu, məktəbin balacalığı səbəbindən tətbiq oluna bilər".

Ekspertin sözlərinə görə, axşam məktəblərinin formalaşmasına ehtiyac yoxdur:

"Çünki əsasən biz tərəfdarıyıq ki, bir növbəli sistem tətbiq olunsun, məktəblərdə və əhalinin sıx məskunlaşdığı ərazilərdə yeni məktəblər tikilib istifadəyə verilsin və yaxud mövcud məktəblərin korpusları yaradılsın. Çünki iki növbəli sistemdə artıq şagirdlərdə yorğunluq olur. Eyni zamanda günün ikinci yarısı informasiyanın qəbulu ilə bağlı bəzi hallarda çətinlik çəkirlər. Bu nöqteyi-nəzərdən bir növbəli və səhər çağları dərslərin tədris olunması daha məqsədəuyğundur".

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri