Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Məktəblərdə tədris prosesi sentyabrın 1 də BAŞLAYACAQ?

Məktəblərdə tədris prosesi sentyabrın 1 də BAŞLAYACAQ?

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya və Gürcüstanın bir sıra şəhərlərində yeni tədris ilinin başlanma tarixi ilə bağlı diqqətçəkən qərarlar qəbul edilib. Belə ki, hər iki ölkədə bəzi bölgələrdə məktəblərin sentyabrın 15-i yox, 1-dən fəaliyyətə başlayacağı elan olunub. Bu qərar yay tətilinin rəsmi olaraq iki həftə qısaldılması anlamına gəlir. 

Qeyd edək ki, Azərbaycanda 2004-cü ilə kimi orta məktəblərdə dərslər sentyabrın 1-də başlayıb mayın 25-i yekunlaşırdı. Lakin Avropa təhsil sisteminə inteqrasiya əsas gətirilərək, 2004-cü ildən Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu dəyişiklik o dövrdə də insanlar tərəfindən böyük narazılıqla qarşılanmışdı. Qonşu ölkələrdə atılan bu addım Azərbaycanda da oxşar dəyişiklik ehtimalını gündəmə gətirib. 

Bəs Azərbaycanda da tədris ili sentyabrın əvvəli başlaya bilərmi? 

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlamasında bildirib ki, mövcud təqvimə baxmayaraq, dərslərin daha erkən başlaması həm beynəlxalq təcrübəyə uyğundur, həm də praktiki baxımdan daha əlverişlidir:

"Ölkədə tədris ilinin sentyabrın 15-dən başlaması 2004-cü ildə Prezidentin imzaladığı 114 nömrəli sərəncamla rəsmiləşdirilib. Həmin dövrdə dərslər mayın 31-də başa çatırdı. Lakin 2014-cü ildə Nazirlər Kabinetinin 362 saylı qərarı ilə tədris müddəti uzadıldı və bununla da dərslər iyunun 15-nə qədər davam etməyə başladı".

Elşən Qafarov qeyd edir ki, bu dəyişiklik təhsil müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyırdı. Buna baxmayaraq, hazırkı modelin bir sıra çatışmazlıqları var:

"Tədris ilinin sentyabrın 1-dən başlayıb mayın 31-də başa çatması daha optimal olar. Bir neçə ildir ki, bu məsələ ilə bağlı təkliflər irəli sürürük. Tədris ili sentyabrın 1-də başlasın, mayın 31-də bitsin. İyunun 1-dən 14-nə qədər isə imtahanlar keçirilsin. Bu, həm hava şəraiti baxımından əlverişli olar, həm də imtahan dövrü ilə tədris dövrü arasında ziddiyyətləri aradan qaldırar”.

Ekspert iyun ayında havaların həddən artıq isti keçdiyini, bunun isə həm şagirdlər, həm də müəllimlər üçün əlavə narahatlıq yaratdığını vurğulayıb. O əlavə edib ki, imtahanların tədris ilinin bitməsinə hələ 12-14 həftə qalmış keçirilməsi də səmərəliliyə mənfi təsir edir:

“Şagirdlər dərs ili başa çatmadan imtahanlara girirlər. Bu isə həm proqramın tam mənimsənilməsinə, həm də nəticələrin obyektivliyinə mənfi təsir göstərir. Bu təklif qəbul edilərsə, təhsil sistemində həm tədris keyfiyyəti, həm də təşkilati effektivlik baxımından mühüm irəliləyiş baş verə bilər".

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:454
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri