Icma.az
close
up
RU
Məktəblərdə təhsil yenidən 10 illik ola bilər KONKRET

Məktəblərdə təhsil yenidən 10 illik ola bilər KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İllər əvvəl Azərbaycanda ümumi orta təhsil 10 illik idi. Həmin dövrdə də kifayət qədər savadlı və cəmiyyət üçün yararlı insanlar formalaşırdı. Sonradan təhsilin 11 illik olması tətbiq olunsa da, bu dəyişiklik keyfiyyət baxımından gözlənilən müsbət effekti vermədi.

Bəs, bu səbəbdən məktəblərdə təhsil yenidən 10 illik ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, təhsilin 10, 11 və ya 12 il olması həlledici məsələ deyil.

Ekspertin sözlərinə görə, əsas diqqət tədrisin müddətinə yox, ümumi təhsil proqramının məzmununa və məqsədinə yönəldilməlidir:

“Açığı, tədris prosesinin 11 və ya 12 il olması prinsipial məsələ deyil. Burada əsas olan proqramdır. Bir insan 5 yaşından 18 yaşına qədər təhsil müəssisəsində şəxsiyyət kimi formalaşmalıdır. Məktəbin kurikulumu və təhsil strategiyası məhz buna xidmət etməlidir”.

Elmin Nuri qeyd edib ki, təhsil üçün müəyyən hədəflər və proqramlar hazırlanır, sonra bu proqramlar siniflər üzrə bölünür:

“Bu proqram 10 ilə də sığıdırıla bilər, 11 ilə də. Hətta ola bilər ki, heç biri ilə effektiv nəticə verməsin. Əsas məsələ proqramın düzgün çərçivələnməsi, siniflər üzrə balanslı bölünməsi və şagirdin şəxsiyyət kimi formalaşma mərhələlərində durğunluq yaratmamasıdır”.

Ekspert xatırladıb ki, həm sovet pedaqogikasında, həm də daha əvvəl Avropa təhsil modellərində bu proqramlar 10 ilə sığdırılırdı. Sonradan isə 11 və daha sonra 12 illik təhsil modelinə keçid baş verdi:

“Hazırda dünyada 12 illik təhsil modelindən danışılır. Bu, əslində proqramın genişləndirilməsi deməkdir. Dünya dəyişir, süni intellekt dövrü gəlir. İnsan təkcə informasiya almır, eyni zamanda onu formalaşdıran mexanizmlər də inkişaf edir. Bu mexanizmlər proqrama daxil edildikcə dərs yükü ağırlaşır”.

Elmin Nuri vurğulayıb ki, Azərbaycanda dərs yükünün ağırlığı ilə bağlı müzakirələrin əsas səbəbi də məhz proqramın həddən artıq yüklənməsidir:

“Yüklənmiş proqram heç vaxt effektiv nəticə vermir. Məncə, artıq 11 illik təhsil mövcud proqramı 21-ci əsrin standartlarına uyğun şəkildə daşıya bilmir. Nəticədə ağır dərs yükü yaranır”.

Ekspert əlavə edib ki, faktiki olaraq Azərbaycanda 12 illik təhsil artıq mövcuddur:

“Rəsmi olmasa da, məktəbəqədər hazırlıq qrupları var. Ora gedən uşaq faktiki olaraq 12 il təhsil almış olur. Ona görə də əsas məsələ illərin sayını azaltmaq və ya artırmaq yox, təhsil proqramını yenidən düşünmək və optimallaşdırmaqdır”.

Sonda Elmin Nuri qeyd edib ki, proqram elə hazırlanmalıdır ki, həm əvvəlki kimi effektiv olsun, həm də şagirdlər üçün həddindən artıq yüklənmə yaratmasın.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri