Icma.az
close
up
RU
Məktəblərdə telefondan istifadənin qadağan edilməsi tədrisə necə təsir edəcək? AÇIQLAMA

Məktəblərdə telefondan istifadənin qadağan edilməsi tədrisə necə təsir edəcək? AÇIQLAMA

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadənin qadağan edildiyini açıqlayıb. Məlumatda bildirilir ki, xüsusi hallar istisna olmaqla ümumtəhsil müəddisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir. Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumtəhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bu qərar şagirdlər və valideynləri tərəfindən birmənalı qarşılanmayıb. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə telefon qadağası tətbiq edilməlidir, çünki bu, şagirdlərin tədris prosesinə diqqətini artırmaq və yayındırıcı amilləri minimuma endirmək üçün mühüm addımdır:

Ekspert qeyd edib ki, tədqiqatlar göstərir ki, dərs zamanı telefon istifadəsi şagirdlərin konsentrasiyasını azaldır və onların akademik nəticələrinə mənfi təsir edir:

“Məsələn, İngiltərədə məktəblərdə telefonların qadağan edilməsindən sonra akademik göstəricilərdə 6-8% artım qeydə alınıb. Bu qərar təkcə tədris keyfiyyətini yüksəltməklə kifayətlənmir, həm də sosial şəbəkələrdəki kiberzorakılığın təsirini azalda və şagirdlər arasında ünsiyyəti təşviq edə bilər.Telefonlar dərs vaxtı diqqət yayındırıcı vasitə olmaqla yanaşı, şagirdlər arasında rəqabət və təzyiq hissini də artırır. Onların qadağan edilməsi təhsil mühitini daha bərabər və sağlam edir. Lakin bu qadağa tətbiq edilərkən valideynlərlə şagirdlər arasında təcili ünsiyyət üçün alternativ mexanizmlər nəzərdə tutulmalı, texnologiyanın tədris məqsədilə istifadəsi üçün düzgün metodlar işlənib hazırlanmalıdır”.

K.Əsədovun sözlərinə görə, bu addım texnologiyanın təhsildən tamamilə uzaqlaşdırılması deyil, onun düzgün idarə olunaraq istifadəsi üçün şərait yaratmaq məqsədini daşıyır. Məktəblərdə telefon qadağası təkcə dərs mühitində intizamı bərpa etmək deyil, həm də şagirdlərin daha sağlam psixoloji və akademik inkişafını təmin etmək üçün vacibdir.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri