Prezidentin xüsusi nümayəndəsi Ağdamdakı yeniliklərdən DANIŞDI
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
"Ağdamda istifadəyə verilən yeni nəqliyyat kompleksi ölkə üçün bir ilk oldu".
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə müsahibəsində deyib.
O bildirib ki, Ağdamda həm avtovağzal, həm də dəmiryolu vağzalı eyni məkanda fəaliyyət göstərəcək. Bu isə sərnişinlərin rahatlığına, nəqliyyatın daha səmərəli təşkilinə şərait yaradacaq.
“Kompleksdə sərnişinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün də müasir imkanlar yaradılıb. İlk qatarın tam dolu şəkildə Ağdama daxil olması isə bu layihənin həm yerli sakinlər, həm də ümumilikdə Azərbaycan ictimaiyyəti üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərib”,- deyə E.Hüseynov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 30 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















