Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

“Bütün məktəblərə avtobus lazım deyil” Ekspert

“Bütün məktəblərə avtobus lazım deyil” Ekspert

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsilalanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”nın təşkil edilməsi planlaşdırılır. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb 

“Məktəb avtobusları” ölkəmiz üçün yeni anlayış olduğuna görə özü ilə bərabər bir çox sualları da gətirir. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Azərbaycan müəllimi”nə açıqlamasında “məktəb avtobusları”nın dünyanın bir çox ölkələrində hərəkətin təşkili ilə bağlı vacib elementə çevrildiyini qeyd edib. 

O bildirib ki, Bakı şəhərində məktəblərin yerləşmə arealına baxılsa, eyni zamanda, şagirdlərin oraya axın etməsi məsələsini nəzərdən keçirilsə, görülər ki, uzaq məsafələrdən həmin ərazilərə gələn məktəblilər avtomobillərlə oraya gətirilir. Buna görə də belə tıxac vəziyyəti yaranır:

"Bir neçə il əvvəl qəbul edilmiş qərara əsasən, şagirdlər məktəbə qəbul edilərkən onun həmin əraziyə yaxın məsafədə yaşayıb-yaşamadığı nəzərə alınır. Bundan əlavə, bəzi məktəb rəhbərliyi şagirdlərin valideynlərindən iş yerlərinin həmin əraziyə yaxın olub-olmamasına dair arayış tələb edir. Lakin bu qanunun icrasında müəyyən boşluqlar yaranır. Buna görə də Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə səmərəli əməkdaşlıq etməlidir”.

“Məktəb avtobusları”nın hansı məktəblər üçün zəruri olduğu məsələsinə toxunan E.Muradlı bildirir ki, bütün məktəblər üçün bu xidmətin icrasına ehtiyac yoxdur:

“Səmimi şəkildə desəm, bəzi məktəblərdə, ümumiyyətlə, buna ehtiyac yoxdur. Təhlil aparsaq, görərik ki, bəzi məktəblərə sadəcə 5-10 valideyn maşınla gəlib gedir. Bu məsələləri də nəzərə almaq lazımdır. Belə məktəblərə “məktəb avtobusları” lazım deyil. 

Xüsusən özəl məktəblərdə təhsilalanların bir çoxu şəxsi maşınlarla məktəblərə gəlir. Nümunə üçün deyə bilərəm ki, özəl məktəblərin birində şagirdlərin daşınması avtobuslar vasitəsilə həyata keçirilirdi. Ərazidə yaşayan insanlar küçənin dar olduğunu söyləyərək avtobusların küçəni bərbad vəziyyətə saldığını iddia etdilər. Məktəb rəhbərliyi sakinləri razı salsa da, qısa bir müddət sonra bu proses effektivliyini itirdi. İndi o məktəbə bir evdən iki şagird gəlirsə, ayrıca iki maşın gəlib gedir. 

Biz də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə danışıqlar apararaq ərazidəki alternativ küçəyə işıqfor qoyulmasını istədik. Bütün sakinlər bir məktəbə görə yolunu dəyişməli oldular. Buna görə də dövlət məktəblərini bir kənara qoysaq, elə bəzi özəl məktəblər tıxaca səbəb olur”.

Məsələyə maddi baxımdan da yanaşan ekspert şagirdlərin xüsusi avtobuslarla məktəbə daşınmasının valideynlər üçün də sərfəli olacağını hesab edir. Bu sahə yeni biznes sahəsi olduğu üçün sahibkarların da maddi maraqlarının təmin edilməli olduğunu deyən E.Muradlı qeyd edib ki, Dövlət Proqramının əsas mahiyyəti elə dövlət-özəl əməkdaşlığının səmərəli təşkil olunmağındadır:

“Ümumiyyətlə, bu proses səmərəli işdir. Lakin 2-3 il ərzində deyil, daha uzun bir müddət ərzində effektiv olacağını düşünürəm. Bu gün məktəbə gedən şagirdlər artıq 5 ildən sonra yuxarı sinif şagirdi olacaqlar. Məktəblərin qarşısında şəxsi avtomobillərdən istifadə edən şagirdlərə diqqət yetirsəniz, onların 95 faizinin aşağı sinif şagirdləri olduğunu görərsiniz. Onları “məktəb avtobusları” ilə aparıb gətirmək üçün böyük bir potensial lazımdır. Sürücülərə təlim keçmək, onların iş və istirahət rejimlərinə nəzarət etmək lazımdır. Həmin nəqliyyat vasitələrində peşəkar bələdçilər olmalıdırlar. 

Burada müəyyən incə məqamlar var. Bu prosesə cəlb olunan sahibkarlar məktəblərin açıq olmadığı müddətdə nə edəcəyini bilməlidirlər. Bu məsələlər kompleks şəkildə həllini tapmalıdır”.

Elməddin Muradlı məsələnin həllində dərs saatlarının dəyişməsinin də vacib olduğunu vurğulayaraq bildirib ki, bütün məktəblərdə dərslərin başlama saatının dəyişməyinə ehtiyac yoxdur:

“Ən vacib məsələlərdən biri də dərslərin başlanma saatıdır. Sovet dövründən qalan bu ənənəyə son qoyulmalıdır. Çünki bütün məktəblərdə dərslər 08:00-da başlayır. Azyaşlılar yarıyuxulu vəziyyətdə məktəbə yollanırlar. Psixoloqlar da bunun doğru olmadığını söyləyirlər, çünki uşaqlar saat 8-də məktəbdə olmaq üçün daha erkən oyanmalıdırlar. Dərslərin başlanma saatı dəyişilməlidir. Lakin bu da bütün məktəblərə şamil edilməməlidir. Elm və Təhsil Nazirliyi digər qurumlarla birgə təhlillər apararaq şəhərin mərkəzində tıxaca səbəb olan bəzi məktəblərdə dərslərin başlama saatlarını dəyişə bilər. Respublika üzrə bütün məktəblərdə dərslərin başlama saatlarını dəyişməyə ehtiyac yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Fevral 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri