Mərkəzi Bank sədrinin müavini ödəniş sistemindəki yeniliklərdən DANIŞDI
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"QR-standartlaşdırmanın tətbiqi açıq ödəniş sisteminin inkişafına töhfə verəcək".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, QR standartlaşdırmasının tətbiqi ondan irəli gəlir ki, vətəndaşlar üçün daha inklüziv xidmət verilə bilsin:
"Hər bir bankın, hər bir fintex təşkilatının tətbiqi vasitəsilə ödəniş mümkün olsun. Bu da açıq ödəniş sisteminin inkişafına töhfə verəcək".
O qeyd edib ki, yeni nəsil pos-terminalların artıq çox böyük bir hissəsində QR-ödəniş sistemi tətbiq olunub:
"Sadəcə ödəniş vərdişi olaraq bu cəmiyyət üçün yenidir. Hazırda QR-kod üzərindən ödənişlərin edilməsindən istifadə olunur. Marketlərdə və s. QR-kod vasitəsilə ödəniş var. Bizim gətirdiyimiz yenilik ondan ibarətdir ki, artıq hər bir mobil tətbiq üzərində hər bir QR-kod oxuna bilsin. Həmçinin, QR-kod tətbiqi genişlənsin".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 09 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















