Məktəblərə qarşı kampaniyanı dayandırmaq lazımdır Professor
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
"Son günlər yenə məktəblərin tənqid hədəfinə çevrilməsini bu ən vacib təlim-tərbiyə məkanı qarşısında məktəb icmasının, bütövlükdə cəmiyyətimizin öz üzərinə düşən vəzifələrdən və mənəvi məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Əslində bilmələri üçün maarifçilik işinə ehtiyac var".
Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.
O qeyd edib ki, zaman-zaman direktorların təyinatı, rüşvətxorluğu və s. məsələləri gündəmə gətirməklə yeni dərs ili qarşısında ümumi təhsildə görülməli və nizama salınmalı işlərdən diqqəti yayındırmaq yaxşı hal deyil:
"İstərdik ki, səlahiyyətli təşkilalar məktəb və müəllimlərin nüfuzuna, övladlarımızın və onların valideynlərinin məktəbə, tədris prosesinə münasibətinə ciddi xəlil gətirən hərəkətlərin qarşısını ala biləcək tədbirlərə əl atsın.
Dövlət məktəblərini gözdənsalma kampaniyasını dayandırmaq, diqqəti ümumi və tam orta təhsildə saymaqla bitməyən problemlərimizi yoluna qoymağa yönəltmək gərəkdir".
Zaur, BakuPost
Baxış sayı:128
Bu xəbər 17 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















