Icma.az
close
up
RU
Məktəblərin cəmi 23% də real təhlükəsizlik nəzarəti tətbiq olunur Ekspertdən Həyəcan TƏBİLİ

Məktəblərin cəmi 23% də real təhlükəsizlik nəzarəti tətbiq olunur Ekspertdən Həyəcan TƏBİLİ

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

"Bu iddialar həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansı məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar", - açıqlamada qeyd olunub.



Təhsil eksperti Kamran Əsədov Sherg.az-a bildirib ki, son günlərdə sosial şəbəkələrdə, xüsusilə valideynlərin iştirak etdiyi “WhatsApp” qruplarında məktəblərdə şagirdlərin qaçırılması ilə bağlı iddiaların rəsmi təsdiqi olmasa da, bu cür məlumatların yayılması cəmiyyətdə qorxu, təşviş və çaşqınlıq yaradır:


“Bu məsələ təkcə informasiyanın doğruluğu ilə bağlı deyil, ümumilikdə məktəblərdə təhlükəsizlik sisteminin hansı səviyyədə qurulduğunu, bu sistemin hüquqi və texnoloji təminatlarını, valideynlərin və cəmiyyətin məlumatlandırma mexanizmlərini sual altına salır. Burada məsələ yalnız fərdi məktəblərin fəaliyyəti yox, bütövlükdə dövlətin təhsil müəssisələrində təhlükəsiz təhsil mühitini təmin etmək öhdəliyidir və bu öhdəliyin real icra səviyyəsi artıq ciddi təhlil tələb edir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.1.9-cu maddəsində qeyd edilir ki, təhsil müəssisəsinin vəzifəsi təhsilalanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Eyni zamanda, həmin Qanunun 30.1.5-ci maddəsində məktəb rəhbərliyinin əsas funksiyalarından biri kimi təhlükəsizlik üzrə məsuliyyət göstərilir. Lakin bu müddəaların praktik icrası üçün nə maddi-texniki baza, nə peşəkar insan resursları, nə də aydın fəaliyyət mexanizmləri yetərincə mövcuddur. Əksinə, məktəblərin əksəriyyətində mühafizə xidmətləri simvolik xarakter daşıyır, təhlükəsizlik kameraları ya ümumiyyətlə yoxdur, ya da quraşdırılmış kameraların bir hissəsi sıradan çıxıb, monitorinq sistemi isə kağız üzərində mövcuddur. Mövcud sistemlər şagirdlərin real təhlükədən qorunmasını deyil, sadəcə formal hesabat üçün texniki görünüş yaratmağı hədəfləyir. Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2022-ci ildə apardığı monitorinqlərə əsasən, ölkədəki 4436 məktəbdən yalnız 1038-də tam ştatlı mühafizəçi və girişə nəzarət sistemi mövcuddur. Bu isə o deməkdir ki, ümumi məktəblərin cəmi 23%-də real fiziki təhlükəsizlik nəzarəti tətbiq olunur. Bu rəqəm regionlarda daha da aşağıdır və bəzi hallarda bu sistem heç ümumiyyətlə yoxdur. Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə belə, valideynlərin istənilən vaxt məktəb ərazisinə daxil olması, məktəbdə dərs vaxtı uşağın icazəsiz binanı tərk etməsi adi hal kimi qarşılanır. Müşahidə sistemləri bəzi hallarda direktor otağında olan monitorla məhdudlaşır və real vaxtda nəzarət funksiyası daşımır. Hətta bəzi məktəblərdə müşahidə sistemləri yalnız təhlükə baş verdikdən sonra sübut kimi istifadə üçün nəzərdə tutulur, profilaktik nəzarət funksiyası tamamilə yoxdur”.


Ekspertin sözlərinə görə bu problemlərin səbəbi təkcə infrastruktur deyil:

“Təhlükəsizlik məsələsində səlahiyyət bölgüsü də aydın deyil. Məsələn, məktəbdə baş verən hadisəyə görə məsuliyyət hüquq-mühafizə orqanına mı, məktəb rəhbərliyinə mi, yoxsa valideynə mi aid olduğu tez-tez mübahisə doğurur. Əgər uşaq məktəbi tərk edirsə və təhlükəli vəziyyətə düşürsə, bu halın hüquqi qiymətləndirilməsi yoxdur. Qanunvericilikdə belə hallarda kimin məsuliyyət daşıdığı, hansı tədbirlərin görülməli olduğu konkret göstərilməyib. Bu isə hüquqi boşluq yaradır və nəzarətsizliklə nəticələnir. Beynəlxalq təcrübədə isə məktəb təhlükəsizliyi çoxsəviyyəli yanaşma ilə təmin edilir. Məsələn, Estoniyada hər bir məktəbin təhlükəsizlik planı yerli polis idarəsi ilə birgə hazırlanır, mühafizəçilər xüsusi təlimlərdən keçirlər və məktəbə daxil olan hər bir şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyatdan keçir. Sinqapurda məktəblərdə valideynlərə mobil tətbiqlə övladlarının məktəbə giriş-çıxış vaxtları barədə real vaxtda məlumat verilir. Türkiyədə məktəblərin 95%-də təhlükəsizlik kameraları və turniket sistemləri quraşdırılıb və “Çocuk Güvenliği Protokolu” çərçivəsində məktəb rəhbərliyi, yerli bələdiyyə və polis bölmələri arasında üçtərəfli koordinasiya mexanizmi yaradılıb. ABŞ-da isə bəzi ştatlarda məktəblərdə təhlükəsizlik sistemləri təkcə müşahidə ilə deyil, eyni zamanda məktəb əməkdaşlarının fövqəladə hallara reaksiya vermə qabiliyyəti ilə də dəstəklənir. Azərbaycanın hazırkı vəziyyətində bu cür sistemlərin tətbiqi həm texniki baxımdan, həm də qanunvericilik səviyyəsində yenidən qurulma tələb edir. Təhlükəsizlik infrastrukturunun yaradılması üçün məktəblərə ayrıca maliyyələşmə xətti ayrılmalı, bu xətt yalnız müşahidə kameraları deyil, həm də şagird kart sistemləri, girişə nəzarət qurğuları, fövqəladə vəziyyət planları və təlimatlı personalı əhatə etməlidir. Bütün təhsil müəssisələrində təhlükəsizlik təlimatları sadəcə normativ sənəd olaraq qalmalı deyil, real təlimlərlə dəstəklənməlidir. Məktəbdə keçirilən təxliyə məşqləri, təhlükə anında reaksiya bacarıqları və valideynlərin bu proseslərə inteqrasiyası vacibdir. Bunun üçün hər məktəbdə təhlükəsizlik üzrə məsul şəxs müəyyənləşdirilməli, bu şəxsin fəaliyyəti Təhsil Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyinin də nəzarəti altına keçməlidir. Eyni zamanda, informasiya təhlükəsizliyi məsələsi də diqqət mərkəzində olmalıdır. Sosial şəbəkələrdə və “WhatsApp” qruplarında təsdiqlənməmiş məlumatların yayılması, xüsusilə məktəblə və uşaqlarla bağlı məsələlərdə panika yaratmaqla yanaşı, hüquqi məsuliyyət doğuran haldır. Cinayət Məcəlləsinin 283-1-ci maddəsinə əsasən, ictimai təhlükə barədə bilərəkdən yalan məlumat yaymaqla ictimai qaydanın pozulmasına səbəb olan şəxslər cinayət məsuliyyəti daşıyır. Valideynlər belə hallarda məsuliyyətli davranmalı, yalnız rəsmi qurumların açıqlamalarına istinad etməli, məktəblə birbaşa əlaqə saxlamalı, ehtiyac varsa, polis orqanlarına müraciət etməlidirlər. Müsbət tərəf ondan ibarətdir ki, artıq bu məsələ cəmiyyətdə geniş müzakirə olunur və məktəb təhlükəsizliyinə dair ictimai gözləntilər yüksəlib. Bu isə yeni qərarların qəbul olunması üçün sosial təzyiq mexanizmini gücləndirir. Əgər bu enerji düzgün kanala yönləndirilərsə, məktəblərdə təhlükəsizlik siyasəti dövlət səviyyəsində strateji məsələyə çevrilə bilər. Bu istiqamətdə məktəblərin profilaktik təhlükəsizlik auditi keçirilməli, müstəqil monitorinq sistemləri tətbiq olunmalı və ictimai nəzarət təşviq edilməlidir. Əgər bu tədbirlər həyata keçirilərsə, məktəblərdə təhlükəsiz mühit formalaşar, valideynlərin inamı bərpa olunmuş olar və təhsil prosesi müdaxiləsiz, stresssiz davam edər. Əgər bu tədbirlər görülməzsə, hər dəfə yayılan təsdiqlənməmiş məlumat cəmiyyətdə daha güclü psixoloji və sosial gərginlik yaradacaq, valideyn-məktəb münasibətləri korlanacaq və nəticədə təhsil sisteminin bütövlüyünə zərbə vurulacaq. Təhlükəsiz məktəb anlayışı artıq seçim deyil, təhsilin ayrılmaz və strateji hissəsi olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see331

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see120

“Qarabağ”ın “Şelburn”la oyununa doğru: statistika nə deyir?

29 İyul 2025 14:32see120

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see120

Eşit, inanma… Təbriz VƏFALI YAZIR

29 İyul 2025 14:21see117

“Kim zəmanət verə bilər ki, Tarif Şurası sabit tarifi artırmayacaq?” “Bu qurum Konstitusiyaya ziddir”

29 İyul 2025 13:53see117

6 cı cinayətindən bəraət aldı

29 İyul 2025 16:33see116

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see116

3 ağır ürək diaqnozu olan xəstə ölümdən son anda qurtuldu

29 İyul 2025 16:32see115

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see114

Bu qədər pulu varsa, ABŞ nin dövlət borcunu ödəsin Zaxarovadan CAVAB

29 İyul 2025 17:33see114

Bahalı geyimləri ilə öyünən xanəndə brendin adını SƏHV DEDİ VİDEO

29 İyul 2025 16:01see114

Diş sıxılmasından xilas olmağın yolları bunlardır

29 İyul 2025 13:48see112

Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq POLİTOLOQ ŞƏRH ETDİ

29 İyul 2025 14:21see112

İnsanlar niyə belə videolara inanır? ŞƏRH

29 İyul 2025 15:31see112

Bu rayonlara yeni baş həkimlər təyin olundu

29 İyul 2025 14:38see111

Google Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən əvvəl erkən xəbərdarlıq sistemindəki nasazlığı etiraf edib

29 İyul 2025 14:28see111

Həftə sonunadək hava isti olacaq

29 İyul 2025 16:49see111

Bu ölkədə əhali etiraz aksiyası keçirdi, turizm iflas etdi

29 İyul 2025 13:34see111

Dabaq xəstəliklərindən azad zonalar yaradılır

29 İyul 2025 17:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri