Icma.az
close
up
RU
Sürücülər saxta ehtiyat hissələrini orijinaldan necə seçir? SORĞU VİDEO

Sürücülər saxta ehtiyat hissələrini orijinaldan necə seçir? SORĞU VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq bir neçə ildir ki, ölkəyə çeşidindən asılı olmadan müxtəlif variantda ehtiyat hissələri gətirilir. Bu gün Azərbaycanın ehtiyat hissələri bazarının əsasını saxta məhsullar təşkil edir. İstər ölkənin paytaxtında, istərsə də digər şəhərlərdə yerləşən ehtiyat hissələri mağazalarında sürücülərə bir neçə variantda ehtiyat hissələri təklif olunur.

Bəzi sahibkarlar hələ də ölkəyə və onun vətəndaşlarına zərbə vurmağa davam edir. Yenə də hansısa ölkələrdə saxta üsullarla istehsal edilən sex malları, keyfiyyətinə zəmanət verilməyən ehtiyat hissələri Azərbaycana gətirilir. Həm də necə? Orijinal ehtiyat hissələri ilə eyni görünüşə sahib qablaşdırmada.

Avtosfer.az xəbər verir ki, mağazalarda sürücülərə azı 4-5 növ ehtiyat hissəsi təklif edilir. Satıcılar sürücülərə ehtiyat hissələrinin “orijinal”, sonra “pad-orijinal”, daha sonra “pad-orijinala yaxın” və sonda “kitayski” adlandırdıqları saxta məhsulu təklif edir. Lakin sürücü bilmir ki, bu mağazalarda heç bir halda qablaşdırılmış orijinal məhsul satılmır. Çünki bütün avtomobil istehsalçısı olan şirkətlər orijinal ehtiyat hissəsini yalnız öz servisində müştərilərinə təklif edir. Üstəlik bu saxta ehtiyat hissələrinin hamısının qablaşdırması, görünüşü orijinalla eyni olur. Yalnız mütəxəssislər bu məhsulları orijinaldan ayırd edə bilir. Hətta avtomobil ustaları belə bir çox hallarda bənzərliklə əlaqədar ayırd etməkdə çətinlik çəkirlər.

Ölkə ərazisində baş verən bir sıra qəzaların səbəbi kimi sürücülərin müxtəlif maneələrə reaksiyası göstərilir. Sürücülər isə yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün kifayət qədər diqqətli olduqlarını, buna baxmayaraq, bəzi qəzaların qaçınılmazlığını bildirir. mütəxəssislər baş verən qəzalarda avtomobilin idarəçisi ilə yanaşı, onun konstruksiyalarının da “danılmaz əməyi” olduğunu qeyd edir. Azərbaycanın ehtiyat hissələri bazarı hələ müstəqillikdən əvvəl formalaşsa da, rəsmi dilerlərin ölkəmizdə fəaliyyəti yalnız müstəqilliyin bərpasından sonra mümkün olub. Elə buna görə də, ehtiyat hissələri bazarındakı pərakəndəliyin qarşısını bu gün almaq çox çətin prosesə çevrilib.

Nəqliyyat vasitəsinin təhlükəsizliyi və dözümlülüyü baxımdan avtomobil ehtiyat hissələrinin keyfiyyəti önəmlidir. Avtomobilə sahib olanları təkcə yollardakı problemlər, tıxac yox, həm də keyfiyyətli, orijinal ehtiyat hissələri tapa bilmək narahat edir. Çünki bazarda orijinalla avtomobil hissələri yanaşı, saxta məhsullar da var. Saxta hissələr, uyğunsuz, keyfiyyətsiz detallar motor və digər sistemləri sıradan çıxara bilər. Həmçinin, saxta hissə ucuz təklif olunsa da, vurduğu zərər daha baha başa gəlir. Avtomobil üçün kataloq hazırlamaq və məlumat bazası qurmaq isə elə də asan deyil. Bunu təkcə fərdlər deyil, bəzi dövlətlər belə tam şəkildə bacarmır. Məsələn, Almaniya və İtaliya kimi güclü avtomobil sənayesinə malik ölkələr belə bu sistemi sabit şəkildə formalaşdıra bilməyib. Bunun əvəzində avtomobil istehsalçısı olan şirkətlər ehtiyat hissələrinin orijinallığı ilə bağlı tam təminat verir. Üstəlik, bazardakı mağazalardan aldığınız məhsula görə sizə heç bir sənəd, sertifikat verilmir, sürücü qablaşdırmanın üzərindəki yazıdan nə başa düşsə, onunla kifayətlənməli olur.

Bəs görəsən, paytaxt yollarındakı sürücülər saxta ehtiyat hissəsini orijinaldan necə ayırd edir? Onlar arasında sorğu keçirdik. Bir çoxları hələ də bu fərqi bilmədiyi üçün aldandığının fərqində deyil. Bir qism sürücülər avtomobil ehiyat hissələri mağazalarından alış-veriş etdiyi üçün onlara etibar etdiyini, bunu satıcıların vicdanına buraxdığını qeyd edir. Bir qism sürücülər isə yalnız orijinal ehtiyat hissələri aldığını və bunun üçün servislə kontaktda olduğunu vurğulayır.

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücü Bilal Şıxməmmədov deyir ki, qeyri-orijinal ehtiyat hissəsinin zərərini bir neçə dəfə görüb:

“Mağazalardan birində ehiyat hissəsini orijinal adı altında satıblar, saxta çıxıb, heç 1 ay belə dözmədi. Əyləc bəndi almışdım, tormoz pedalına basırdım, 100 metr sonra maşın dayanaırdı, az qalırdı harasa dəyə, ondan sonra dayana maşın. Sürücülərə tövsiyəm odur ki, ehtiyatlı sürsünlər. Mağazalarla bağlı diqqətli olsunlar. Saxta ehtiyat hissələrini elə hazırlayırlar ki, elə bilirsən, orijinaldır. Gətirib maşının üstünə taxırsan, sürəndə bilirsən ki, saxta imiş. Bir də məsləhət görürəm ki, ehtiyat hissəsini gedib servisin özündən alsınlar. Çünki bu servislər həm özləri maşının üzərinə quraşdırırlar, həm də təqdim etdikləri məhsula zəmanət də verirlər, sən də bilirsən ki, sabah nəsə olanda gedib servisdən hüququnu tələb edə bilirsən”.

Həmin sorğunu sizə təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri