Icma.az
close
up
RU
Məktəblilər arasında zəhərlənmə: “Şagirlərin sağlamlığı bufetlərin insafına qalıb”

Məktəblilər arasında zəhərlənmə: “Şagirlərin sağlamlığı bufetlərin insafına qalıb”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Hazırda məktəblər bufetlərində, əsasən, sənaye üsulu ilə istehsal olunmuş, tez xarab olmayan və satışı rahat qidalar üstünlük təşkil edir. Qablaşdırılmış şirniyyatlar, şirin qazlı və qazsız içkilər və s. bəzən mənşəyi və tərkibi qeyri-müəyyən isti yeməklər bufet çeşidinin əsasını təşkil edir. Meyvə, təbii şirə, süd məhsulları kimi sağlam alternativlər ya ümumiyyətlə olmur, ya da çox məhdud şəkildədir”.

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Kamran Əsədov deyib.

O, Gəncədə 8 məktəblinin zəhərlənməsi əsnasında yenidən gündəmə gəlmiş şagirdlərin qidalanma mövzusunda danışıb.

Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri təhsil müəssisəsindən kənarda zəhərləniblər. Lakin hadisənin ictimai müzakirəsində bir çoxları qeyd edib ki, məktəb bufetlərində satılan qida məhsulları doyurucu olmadığından şagirdlər küçə yeməklərinə meyllənirlər.

K. Əsədovun Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına istinad edib:

"Məktəb yaşlı uşaqlarda gündəlik şəkər qəbulunun normadan artıq olması piylənmə riskini 40 faizə qədər artırır, lakin mövcud bufet modeli bu riski azaltmaq yox, daha da dərinləşdirmək istiqamətində işləyir. Bu fakt göstərir ki, bufetlər təhsil mühitinin sağlamlıq missiyasına uyğun formalaşdırılmayıb”

Ekspert bufetlərdə qiymətlərin tənzimlənməsinin də ciddi problem olduğunu deyib:

“Qiymətlərin müəyyənləşdirilməsi məsələsində isə daha ciddi institusional problem mövcuddur. Hazırda məktəb bufetlərində tətbiq olunan qiymətlər mərkəzləşdirilmiş şəkildə tənzimlənmir və əksər hallarda bunu bufeti icarəyə götürən sahibkar müəyyənləşdirir.

“Təhsil haqqında” Qanunda və Elm və Təhsil Nazirliyinin normativ sənədlərində məktəb bufetlərində qiymət siyasəti ilə bağlı konkret mexanizm demək olar ki, yoxdur. Nəticədə, eyni məhsul bir məktəbdə münasib qiymətə, digər məktəbdə isə bazar qiymətindən xeyli baha satılır. Yəni sosial bərabərlik pozulur, xüsusilə, aztəminatlı ailələrdən olan şagirdlərin sağlam qidaya çıxış imkanlarını məhdudlaşdırır. Qiymətlərin əsaslandırılması iqtisadi göstəricilərə deyil, kommersiya maraqlarına söykəndiyindən valideyn narazılığı getdikcə artır”.

K. Əsədovun sözlərinə görə, məktəb bufetlərinə qida təminatı da sistemli qaydada təşkil olunmur:

“Qida təminatı mexanizmi də sistemli deyil. Məktəb bufetlərinin böyük əksəriyyətində təchizat mərkəzləşdirilmiş tender yolu ilə deyil, fərdi sahibkarların özəl əlaqələri və seçimi əsasında həyata keçirilir. Dövlət satınalmaları mexanizmi bu sahəyə tətbiq olunmadığından məhsulun keyfiyyətinə, saxlanma şəraitinə və istehsal tarixlərinə nəzarət epizodik xarakter daşıyır. AQTA yoxlamalar aparsa da, bu yoxlamalar daha çox reaktiv xarakterlidir, yəni problem baş verdikdən sonra aktivləşir. OECD ölkələrində (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətləri nəzərdə tutur)  isə məktəb qidası zənciri əvvəlcədən risk analizinə əsaslanan nəzarət mexanizmi ilə tənzimlənir və təchizatçılar ciddi sertifikasiya prosedurundan keçmədən məktəb mühitinə buraxılmır.

K.Əsədov vurğulayıb ki, məktəb bufetləri üçün vahid menyu standartı yoxdur və bu da uşaqların nəzarətsiz, təsadüfi qidalanmasına gətirib çıxarır:

“Standart menyu məsələsi faktiki olaraq mövcud deyil. Hazırda məktəb bufetləri üçün qida dəyəri, kalorilik, yaş qruplarına uyğunluq və gündəlik ehtiyacları nəzərə alan vahid menyu normativ şəkildə təsbit olunmayıb. Bu isə o deməkdir ki, şagirdin hansı qidanı, nə qədər və hansı keyfiyyətdə qəbul etməsi tamamilə təsadüfi amillərdən asılıdır. Halbuki Finlandiya, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə məktəb qidası tədris proqramının ayrılmaz hissəsi hesab olunur, menyular dietoloqlar və pedaqoqlar tərəfindən hazırlanır və dövlət səviyyəsində təsdiqlənir. Bu ölkələrdə sağlam qidalanma nəticəsində məktəb yaşlı uşaqlarda diqqət pozuntuları və davranış problemlərinin xeyli azaldığı statistik olaraq sübut edilib”.

Ekspert sonda bildirib ki, məktəb bufetlərindəki problemlər uzun illər sistemli yanaşmanın yoxluğundan yaranıb:

“Müsbət tərəf ondan ibarətdir ki, Gəncə hadisəsindən sonra məsələnin ictimai gündəmə daşınması Elm və Təhsil Nazirliyi, eləcə də aidiyyəti qurumlar üçün real islahat imkanları yaradır. Məktəb bufetlərinin təkcə biznes obyekti deyil, təhsil və sağlamlıq siyasətinin tərkib hissəsi kimi qəbul edilməsi mühüm dəyişiklikdir. Standart menyunun tətbiqi, qiymətlərin sosial baxımdan əsaslandırılması, mərkəzləşdirilmiş təchizat və müntəzəm monitorinq mexanizmləri qurulduğu təqdirdə məktəb qidası problemi tədricən idarəolunan sahəyə çevrilə bilər.

Hesab edirəm ki, məktəb bufetlərində mövcud vəziyyət təsadüfi deyil, illər ərzində sistemli yanaşmanın olmamasının nəticəsidir. Bu sahədə dəyişiklik yalnız sanitariya yoxlamaları ilə məhdudlaşmamalı, qida siyasəti təhsilin keyfiyyəti və uşağın sağlam inkişafı prizmasından yenidən qurulmalıdır. Bu istiqamətdə atılacaq addımlar yalnız risklərin qarşısını almaqla kifayətlənməyəcək, eyni zamanda məktəbi sağlam həyat tərzinin formalaşdığı real sosial mühitə çevirəcək”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri