Icma.az
close
up
RU
Məktəblilər idman meydanlarında güclərini sınadılar MRİO da ilk gün

Məktəblilər idman meydanlarında güclərini sınadılar MRİO da ilk gün

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam edir.

Məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və istedadlı idmançıların üzə çıxarılması məqsədi daşıyan olimpiada çərçivəsində ilk yarış günündə taekvondo, sərbəst güləş, ağırlıqqaldırma, badminton, atletika, velosiped, stolüstü tennis və basketbol üzrə yarışlar keçirilib.

Taekvondo yarışlarında 14 idman məktəbini təmsil edən 128 idmançı 19 çəki dərəcəsində mübarizə aparıb. Sərbəst güləş üzrə yarışlarda isə müxtəlif şəhər və rayonlardan 168 idmançı iştirak edib. Ağırlıqqaldırma yarışlarında 44 kq çəki dərəcəsində idmançılar mübarizə aparıb və ilk nəticələr müəyyənləşib. Badminton yarışlarında 7 idman məktəbini təmsil edən 129 idmançı şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparıb.

Atletika üzrə yarışlarda məktəblilər qaçış, estafet, uzunluğa tullanma və topatma növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Velosiped idmanı üzrə yarışlar Bakı Veloparkında dağ velosipedləri ilə 13 km məsafədə keçirilib və iştirakçılar fərdi nəticələr uğrunda mübarizə aparıblar. Stolüstü tennis üzrə yarışlar "Şüa” İdman-Sağlamlıq Mərkəzində start götürüb və iştirakçılar şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında çıxış ediblər. Basketbol yarışları isə Bakı İdman Sarayında 2013–2014-cü il təvəllüdlü məktəblilər arasında olimpiya və dairəvi sistem üzrə təşkil olunub.

Yarışların sonunda bütün idman növləri üzrə qaliblər medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar 26 iyun tarixinədək davam edəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 İyun 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri