Icma.az
close
up
RU
Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ekspertlər deyir ki, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq

Məktəblərdə istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında rəqəmsal dərsliklər hazırlanacaq. Musavat.com xəbər verir ki, bu barədə mediaya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, rəqəmsal dərsliklərin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi də müəyyənləşib. Belə ki, nazirliyin sifarişi ilə rəqəmsal dərslikləri "İnnovative Business Products" şirkəti hazırlayacaq.
Nazirliklə şirkət arasında bununla bağlı 200 min manat dəyərində müqavilə bağlanılıb.
Bundan əlavə, nazirlik bir müddət əvvəl Təhsil Resursları Mərkəzi ilə ümumilikdə maliyyə dəyəri 1 milyon 817 min manat olan iki yeni müqavilə bağlayıb. Müqavilələrdə dərslik və metodik vəsaitlərin hazırlanması, eləcə də Azərbaycan dilində olan orijinal dərslik və metodik vəsaitlərin digər tədris dillərinə tərcüməsi və törəmə nəşrlərinin hazırlanması nəzərdə tutulur.

Ölkə.az xəbər verir ki, təhsil üzrə mütəxəssis Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, rəqəmsal dərsliklərin hazırlanması istiqamətində indiyə qədər müəyyən işlər görülüb və hazırda bir çox dərsliklərin elektron versiyasından istifadə mümkündür: "Hazırda elektron dərsliklər mövcuddur və bu sahədə müvafiq platformalar fəaliyyət göstərir. Vətəndaşlar bəzən çap olunmuş dərslikləri əldə edə bilmədikdə, həmin dərsliklərin elektron variantlarını PDF formatında yükləyə bilirlər. Hazırda sərf rəqəmsal dərsliklərin istifadəsi məsələsi Nazirlikdə də müzakirə olunur və yaxın gələcəkdə müvafiq şirkət tərəfindən hazırlanacaq. Bu prosesdə dərsliklərin dili, verilən məlumatların dəqiqliyi, yığcam olması nəzərdə tutulur. Düşünürük ki, rəqəmsal dərsliklər geniş tətbiq olunmağa başladıqdan sonra kağız dərsliklərdən istifadənin miqyası xeyli azalacaq. Şagirdlər yalnız ağır çantalar yox, planşet aparmaqla ümumi bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Alınarsa, ən gec 5-10 il müddəti üçün nəzərdə tutulur. Çünki paytaxtda “elektron məktəb” layihəsi fəaliyyətə başlayıb. Əgər bu layihə özünü doğruldarsa, onun bütün ölkə üzrə təhsil müəssisələrini əhatə edəcək. Bu da yanaşma jurnallarının üzərində qiymətləndirmə aparılması və kağız jurnallardan istifadənin qarşısını almaq baxımından mühüm addım hesab olunur. Əgər dərsliklərdə də bu yenilik təsdiqini taparsa, gələcəkdə artıq məktəbli çantalarının ağırlığı ilə bağlı məsələ də gündəmdən çıxacaq”.


Təhsil mütəxəssisi Kamran Əsədov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Təhlil göstərir ki, Azərbaycan təhsilində son illər həyata keçirilən islahatların əsas istiqamətlərindən biri dərslik siyasətinin təkmilləşdirilməsi və onların həm məzmun, həm də texniki baxımdan şagirdlər üçün daha əlçatan edilməsidir. Elm və Təhsil Nazirliyinin yeni qərarı ilə kağız dərsliklərin təkmilləşdirilmiş versiyaları əsasında rəqəmsal dərsliklərin hazırlanması bu prosesin davamıdır və ölkənin təhsil sistemində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Nazirliklə “Innovative Business Products” şirkəti arasında 200 min manatlıq müqavilə bağlanması göstərir ki, artıq bu işlər üçün maliyyə dəstəyi ayrılıb və texniki icra mərhələsi başlayıb. Bundan əlavə, Təhsil Resursları Mərkəzi ilə imzalanmış 1 milyon 817 min manatlıq müqavilələr dərsliklərin digər dillərə tərcüməsi, törəmə nəşrlərin hazırlanması və metodik vəsaitlərin yenilənməsi istiqamətində genişmiqyaslı fəaliyyətin aparıldığını təsdiq edir.

Statistika da göstərir ki, Azərbaycanda hər il 1,5 milyona yaxın məktəbli təhsil alır və onların hər birinin çantasında orta hesabla 5–7 dərslik olur. Nazirliyin 2022-ci ildə apardığı monitorinqlərə görə, ibtidai sinif şagirdlərinin çantalarının çəkisi bəzən normativ həddi – yəni uşağın bədən çəkisinin 10-15%-ni aşır. Bu isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi “Uşaqların sağlamlığının qorunması haqqında” normativ sənədlərdə qadağan edilən haldır. Deməli, rəqəmsal dərsliklərin tətbiqi uşaqların sağlamlığı baxımından da zəruridir.

Müsbət tərəflərdən biri odur ki, rəqəmsal dərsliklər məktəblilərin ağır çanta probleminin həllinə kömək edəcək, eyni zamanda dərsliklərə fasiləsiz çıxış imkanı yaradacaq. Elektron resursların davamlı yenilənməsi nəticəsində müəllimlər və şagirdlər ən müasir biliklərdən faydalana biləcək. Məsələn, Finlandiyada rəqəmsal dərsliklər artıq 10 ildən çoxdur ki, geniş tətbiq olunur və bu model nəticəsində şagirdlərin oxu motivasiyası artıb, əlavə resurslara çıxış imkanı daha da genişlənib. Estoniyada isə rəqəmsal dərsliklər bütün məktəblərdə tətbiq olunub və bu ölkə “PISA” qiymətləndirmələrində Avropada ən yüksək nəticələrdən birini göstərir. Azərbaycanın bu yola çıxması müsbət və düzgün addımdır".

Məsələnin mənfi tərəfindən söz açan mütəxəssis deyib ki, bunun üçün hələ bütün məktəblərdə texniki baza tam hazır deyil:"Statistikaya görə, kənd yerlərində fəaliyyət göstərən məktəblərin 30%-dən çoxunda internet sürəti çox zəifdir və kompüter təminatı yetərli deyil. Bundan başqa, bəzi valideynlər övladlarının dərsləri yalnız planşet və ya telefon üzərindən izləməsini riskli hesab edir. Bu baxımdan, rəqəmsal dərsliklərin tətbiqi yalnız mərhələli şəkildə aparıldıqda real nəticə verəcək.

Qanunvericiliyə istinad etdikdə, “Təhsil haqqında” Qanunun 14-cü maddəsində tədris resurslarının müasir tələblərə cavab verməsi və elektron təhsil vasitələrinin tətbiqinin zəruriliyi vurğulanır. Həmçinin Nazirlər Kabinetinin 2009-cu ildə təsdiq etdiyi “Ümumi təhsil pilləsi üzrə dövlət standartları”nda da göstərilir ki, tədris vəsaitləri müasir texnologiyalardan istifadə etməklə hazırlanmalıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin addımı mövcud qanunvericiliyə tam uyğundur və dövlətin təhsil siyasətinin düzgün istiqamətdə getdiyini təsdiq edir.

Nə dəyişəcək sualına cavab olaraq qeyd etmək olar ki, rəqəmsal dərsliklərin tətbiqi ilə dərslik siyasəti daha çevik olacaq, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq. Eyni zamanda, ölkənin təhsil bazarında yeni innovativ şirkətlərin fəaliyyəti genişlənəcək. Nə dəyişməlidir məsələsinə gəlincə, məktəblərdə texniki baza gücləndirilməli, bütün şagirdlər üçün kompüter və ya planşet təminatı həyata keçirilməli, internet infrastrukturunda ciddi addımlar atılmalıdır".

Kamran Əsədov hesab edir ki, bu, Elm və Təhsil Nazirliyinin müsbət işidir və təqdir olunmalıdır: "Nazirlik təhsilin modernləşdirilməsi istiqamətində həm pedaqoji, həm də texniki yenilikləri ölkəyə gətirir, qlobal təcrübəni nəzərə alır. Təhsil siyasətində rəqəmsallaşma və yeni nəsil dərsliklərin tətbiqi Azərbaycanın gələcəkdə daha güclü intellektual nəsil formalaşdırmasına xidmət edəcək. Elm və Təhsil Nazirliyini bu sahədə ardıcıl siyasətinə görə tərifləmək tam əsaslıdır, çünki bu addımlar sadəcə bir layihə deyil, dövlətin uzunmüddətli təhsil strategiyasının ayrılmaz hissəsidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri