Məktəblilərimizin Beynəlxalq Fizika Olimpiadasında uğur qazandı Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
“Qafqazinfo” xəbər verir ki, nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər.
Belə ki, Kaspi liseyinin XI sinif şagirdi İbrahim Valehli gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Selcan Süleymanlı və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyinin X sinif şagirdi Zeynəb Məhəmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















