Icma.az
close
up
RU
Məktəblilərin göstərdiyi aqressivliyə görə məktəb direktorundan valideynə hamı məsuliyyət daşıyır

Məktəblilərin göstərdiyi aqressivliyə görə məktəb direktorundan valideynə hamı məsuliyyət daşıyır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə il əvvəl uşaqlarım bir məktəbdə oxuyurdu. Direktoru pula o qədər maraqlı idi ki, hətta məktəbə proqramda olmayan İngilis dili kitabı gətirtmiş və demişdi: “Bu kitabdan hamı almalıdır, əks halda sizinlə necə davranacağımı bilirsiniz”. Hər uşaq üçün iki kitab nəzərdə tutulmuşdu və iki kitab 46 manat edirdi. Sonra o direktoru o məktəbdən çıxarıb, bir müddət sonra başqa məktəbə təyin etdilər. O zamanlar oğlunun sayəsində irəliləyirdi. İndi də deyəsən hansısa məktəbdə direktordur, düzü araşdırmamışam. Amma bəlli idi ki, direktor özünü məktəbin sahibi kimi hiss edirdi. Qışqıranda bütün işçilər "filankəs xanım gəldi" deyirdilər. Belə məktəbdə təhsil alan şagirdlə əgər evdə valideyn məşğul olmursa və ya məşğul olmağa vaxt tapmırsa, o şagirdin gələcəyi sual altında qalır.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəb şagirdləri arasında cinayət hadisələri varsa, bu da bir aqressiyanın nəticəsidir: “Araşdırılan zaman bu aqressiyanın mühitdən, ailədən qaynaqlandığı məlum olur. Məktəbdə aqressiya varsa, burada birbaşa direktor məsuliyyət daşıyır. Ümumiyyətlə, bu məsələlər kompleks yanaşma tələb edir. Bəzən hadisə baş verən zaman dərinliklə araşdırılmır. Məktəb mühitndə aqresiya varmı? Dfirektor məktəbi necə idarə edir? Bəlkə kollektivdə aqresiya mühiti var? Araşdırmaq lazımdır ki, hansı ailədə cinayətə meylli uşaq böyüyür? Yaxşı məktəb rəhbəri bu ailələri müəyyənləşdirməlidir, ailələrlə iş aparmalıdır. Bizim həqiqətən yaxşı məktəb direktorlarımız var. Mənim tanıdıqlarım da, münasibtədə olduqlarım da var. Bilirəm ki, onlar gecə-gündüz çalışırlar. Mən gəldim, məktəbə müvafiq tapşırıqlar verdim, əlim cibimdə gəzirəm və yaxud özümü məktəbin sahibi kimi özümü aparıramsa, məktəb direktoru deyiləm Məktəb direktoru uşaqla da danışmalıdır, çətin tərbiyə edilən uşağı da müəyyənləşdirməlidir. Onun ailəsi ilə də iş görməlidir. Uşaqları xüsusi nəzarətə götürməlidir. Bir uşaq cinayət edirsə, bıçağa əl atırsa, deməli, onun tərbiyəsi həmin gün pozulmayıb. Onun tərbiyəsində olan çatışmazlıqlar illərlə formalaşıb. Bu səbəbdən də müəllimlər də, məktəb rəhbərliyi də, bu uşaqlarla işləyən müvafiq hüquq-mühafizə orqanları da diqqətli olmalıdır”.

İlqar Orucov

İlqar Orucov deyir ki, bu gün bıçağa əl atan şagird, gələcəyin vətəndaşıdır, ona qarşı cəza tətbiq olunacaq və onun cinayətə olan meylini aradan qaldırıb normal vətəndaş etməliyik, əks halda kriminal bir vətəndaş yetişdirmiş olacağıq.

İlqar Orucov bu məsələdə mətbuatın rolundan da danışıb. Ekspert qeyd edib ki, əksər hallarda mətbuatda krimianl hadisələr, kiminsə kimisə qətlə yetirməsi, bıçaqlanması və s. kimi xəbərlər yer alır, bu mövzu həm də sosial şəbəkələrdə yer tutur: “Mətbuatın manşetində çox az sayda bir elm adamı ilə bağlı, bir təhsil adamı ilə bağlı və s. cəmiyyətə faydalı məlumatlar yer almır. Amma kriminal hadisələr yer alır. Mən müşahidə etmişəm ki, sosial şəbəkələrdə gənclərimiz kriminal aləmə meyl edirlər”.

İlqar Orucov hesab edir ki, burada hamımızın günahı var: “Mətbuatın, televiziyaların, cəmiyyətin, müəllimlərin, ağlı başında olan hər kəsin, valideynlərin də günahı var. Çünki uşaqlar nəzarətsiz qalıblar”.

Ekspert təəssüflə qeyd edib ki, ailələr deqradasiyaya uğrayır, ailə tərbiyəsi işi ikinci plana düşüb.

“Hamımız istəyirik ki, övladımız oxusun, ali təhsilli olsun. Bəs biz övladımıza tərbiyə veririkmi? Bu, hər zaman ön planda olmalıdır. Məktəbin də diqqətində olmalıdır, valideynin də diqqətində bu məsələ olmalıdır. Valideyn komitələri yaradılıb. Bu komitələr nə işə yarayır? Biz onlarla yalnız və yalnız xoş olmayan, bayramlarda pul yığmaqla onların "whatsapp" yazışmalarını görürük, eyni mövzuda səsyazmaları da zaman-zaman eşidirik. Deməli, valideynlərlə iş düzgün qurulmayıb.

Nə qədər ailələr dağılır. Həmin ailələrdə böyüyüən uşşaqlara nəzarət necədir və ya o uşaqlarla tərbiyə işi nə yerdədir? Çox sayda problemlər var. Biz tərbiyə məsələsini o qədər ikinci plana keçirmişik ki... Tərbiyə yerində olmasa, uşaq olduğu mühitin uşağına çevrilir. Mühitdə də görürüsünüz ki, nə qədər aqressiya var. Xoşagəlməz hallar çox artıb. Mən Azərbaycan cəmiyyətində bu gün olan aqressiyanın gələcəyə verəcəyi zərərləri görürəm. Çox çətin olacaq. İnsanlar bir-birinin sözünü həzm etmək, dinləmək istəmir. Bu cəmiyyətin ciddi problemidir. Məktəbə daxil olan uşağı üst-başı yoxlanılmalıdır. Uşaqlar məktəbə bıçaqla daxil olmamalıdır. Bir nüansa da fikir verək. Tutaq ki, uşağın üzərini yoxladıq, bıçaq və s. alətlər olmadı. Amma o uşaq bıçağı hansısa məktəbyanı ərazidə gizlədə bilər, hadisəni kənarda da törədə də bilər. Məsələyə kompeks yanaşılarsa, onun daha effektiv həllinə nail olmaq olar. Məktəbdə törədilməyən bir cinayət kənarda da törədilə bilər. Biz elə etməliyik ki, uşaq üzərində bıçaq gəzdirməsin. Ümumiyyətlə, uşaq niyə cinayətə meylli olmalıdır ki?”-deyə İlqar Orucov bildirib.

P.S. Haşiyədən kənara çıxım, məcburam... Bir məktəb direktorunun ailəsini öz doğma övladı yer üzündən silirsə...

Bəlkə məktəb direktorlarının psixoloji yoxlamaları daha ciddi şəkildə həyata keçirilsin?

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri