Icma.az
close
up
RU
Məktəblini yumruqla vuraraq öldürən şəxs: Dava qız söhbətinə görə idi

Məktəblini yumruqla vuraraq öldürən şəxs: Dava qız söhbətinə görə idi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən Adil Həşimovun (adı və soyadı şərti) cinayət işinin bəzi detalları məlum olub.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində paytaxt ərazisində yerləşən futbol meydançasında qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Adil Həşimov qonşuluqda yaşayan zərərçəkmiş Hilal Abışovla (adı və soyadı şərtidir) arasında əvvəldən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, aralarındakı mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərə son qoymaq istəyib. O bu məqsədlə zərərçəkmişi futbol meydançasından təxminən 30 metr aralıda, məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırıb.

Həmin yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs Hilalın sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbə endirib. Bu zərbələr nəticəsində zərərçəkmiş şəxsə sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan, baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi xəsarətlər yetirilib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır kəllə-beyin travması nəticəsində ölüb.

Məhkəmə iclasında Adil Həşimov ona elan olunmuş Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə baş verən gün o, yaşadığı ünvanda yerləşən həyətə çıxaraq uşaqlarla birlikdə futbol oynayırmış.

Onun sözlərinə görə, bir qədər sonra Hilal da ora gəlib. Təqsirləndirilən şəxs söyləyib ki, onlar Hilalla hələ 8-ci sinifdə oxuyarkən tanış olub, təxminən bir ildən artıq dostluq münasibətləri saxlayıblar. Lakin sonradan aralarında qız söhbətinə görə fikir ayrılığı yaranıb.

Belə ki, Hilal ona əvvəlcədən münasibətdə olduğu qızla danışmaq və onunla münasibət qurmaq istədiyini deyib, təqsirləndirilən şəxs isə buna etiraz edib. Bu hadisədən sonra onların arasında narazılıq yaranıb və müəyyən müddət bir-biri ilə əlaqə saxlamayıblar.

Adil Həşimov dindirilərkən qeyd edib ki, hadisədən təxminən 1-2 ay sonra onlar yenidən həyətdə futbol oynayarkən aralarında mübahisə düşüb və bu zaman Hilal onun ünvanına nalayiq ifadələr işlədib:

"Baş verən gərginlik nəticəsində Hilalı futbol meydançasından təxminən 30 metr kənarda yerləşən əraziyə çağırdım və orada mübahisə zamanı əsəblərimə hakim ola bilməyərək onun sol gicgah nahiyəsinə ardıcıl iki dəfə yumruqla zərbə endirdim".

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərbələrdən sonra Hilal yerə yıxılıb, o isə dərhal onun yanına gələrək ayağa qaldırıb və halını soruşub:

"Hilal özünü yaxşı hiss etdiyini bildirdikdən sonra əl sıxaraq ayrıldıq".

Eyni zamanda o, məhkəmədə vurğulayıb ki, Hilala vurduğu zərbələrin onun səhhətinə bu dərəcədə ağır nəticə verəcəyini düşünməyib, ölümün baş verməsini istəməyib, hadisədən sarsıldığını və peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri