Icma.az
close
up
RU
Məlahət İbrahimqızı: “Dövlət Departamentinin gələcəkdə obyektiv olacağını gözləyirik”

Məlahət İbrahimqızı: “Dövlət Departamentinin gələcəkdə obyektiv olacağını gözləyirik”

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri və bu səfər zamanı adıçəkilən ölkənin lideri Donald trampın ölkə başçımız haqqında yüksək fikirləri böyük marağa səbəb oldu.

Amma bu səfərin ardından 2 gün sonra ABŞ Dövlət Departamenti Azərbaycanda  insan haqlarının durumunun tənqid olunduğu hesabat yaydı.

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

İlham Əliyevin ABŞ-a səfərininin  çox yüksək səviyyəli keçdiyini deyən deputatın sözlərinə görə, müzakirələrdə iikitərəfli, həm də üçtərəfli formatda görüşlər olub:

“Səfər çərçivəsində çox yüksək səviyyədə görüşlər olub, sənədlər imzalanıb.  907-ci maddəyə əlavə düzəlişin ləğv olunması Azərbaycan üçün böyük uğurdur. İkincisi, Azərbaycan-Amerika arasında olan strateji tərəfdaşlıq xartiyasının yaranması xüsusi qeyd edilməlidir.  Bundan əlavə bilirsiniz ki, ABŞ-a səfər çərçivəsində SOCAR dünyanın ən məşhur neft kompaniyası olan Exxonmobile arasında da müqavilə imzalanıb. Prezidentimizin ABŞ-dəki səfəri çərçivəsində bir çox çox önəmli sənədlər qəbul olunub. Bu səfər  Azərbaycan müstəqillik qazandıqdan sonra gerçəkləşdirilən ən yüksək səfər hesab olunur”.

Dövlət Departamentinin hesabatına gəlincə, Məlahət İbrahimqızı deyir ki, bu hesabat Bayden hakimiyyəti dövründə yazılıb:

İstər Obamanın, istərsə də  Baydenin dövründə  Azərbaycana qarşı çox qərəzli, ermənipərəst mövqe göstərilmişdir. Möhtərəm prezidentimiz bunu öz çıxışında da demişdir. Bir daha qeyd etmək istəyirəm ki, bu tarixdə Azərbaycanın 1991-ci ilindən bu yana və eləcə də, Amerika ilə münasibətlərinin ən yüksək səviyyədə olan bir səfərdir və səfər çərçivəsində qəbul olunan ən ali sənəddir. Bilirsiniz,  əslində Amerika üçün Azərbaycan çox önəmlidir. Hələ ilk dəfə ABŞ-nin 2001-ci il 11 sentyabr hadisələrindən sonra yaradılan antiterror koalisiyasına Azərbaycan ilk təşəbbüsə qoşulan ölkələrdən oldu. O vaxt ulu öndər Heydər Əliyev rəhbərliyi dövrü idi. Möhtərəm rəhmətlik prezidentimiz antiterror koalisiyasına ilk cavab verən və ona qoşulan ölkələrdən biri idi. Azərbaycan Amerika ilə çox gözəl enerji sahəsində əlaqələri var idi. Eyni zamanda ABŞ-nin Əfqanıstanda olduğu dövrdə Azərbaycanın Amerika ilə münasibətlərində çox ciddi uğurlar var idi, əməkdaşlıq var idi. Amma bir daha qeyd etmək istəyirəm ki, istər Obamanın dövründə, istər Baydenin dövründə bu münasibətlərə böyük zərbə vurulmuşdur. 

Bizə qarşı tənqidlər, ittihamlar isə təccüblü deyil. Dünyanın ən güclü erməni lobbisi məhz Amerikada olub.

İstər Senatda, istərsə də Dövlət Departamentində, başqa ayrı-ayrı təşkilatlarda Amerikada yerləşən erməni beynəlxalq təşkilatları da öz ciddi təsirini göstərə bilirdi və daima demək olar ki, onların Azərbaycana qarşı çox qərəzli, düşmən qeyri-obyektiv, ədalətsiz mövqe göstərirdi. İnsan haqlarını əllərində bayraq etməklə,  Azərbaycanın Qarabağ məsələsində diqqətini yayındırmaq istəyirdilər.

Mən ümid edirəm ki, ABŞ Dövlət Departamenti nəhayət ki, obyektiv olacaq və hesabatları reallıqları əks etdirəcək. 

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri