Icma.az
close
up
RU
“QHT biznesi lideri” Məlahət İbrahimqızı İFŞA KONKRET

“QHT biznesi lideri” Məlahət İbrahimqızı İFŞA KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda deputat maaşı kifayət qədər yüksəkdir. Ancaq bəziləri üçün deputatlıq sui-istifadələr üçün bir vasitədir, bu ad altında çirkin fəaliyyətlərini pərdələməyə çalışırlar. Azərbaycanda “deputat QHT”ləri haqqında çox deyilib. Bu gün onlardan biri haqqında bəhs edəcəyik. Deputat Məlahət İbrahimqızının sədri olduğu “Lider Qadınlar” ictimai birliyi barədə.

“QHT biznesi lideri”

2000-ci ilin noyabrında Məlahət İbrahimqızının deputat kreslosunda yerini rahat edən kimi ilk işi özünə QHT təsis etmək olub. 2001-ci ilin fevralında o, yaxın bildiyi deputat həmkarlarının qulağına artıq “Parlament Qadınları” ictimai birliyinin sədri olduğunu pıçıldayır, təbriklər qəbul edirdi. Bir müddət özünü az qala “parlament qadınlarının fraksiyasının lideri” kimi qələmə verməyə çalışırdı, amma hörmətli “lider”i ciddi qəbul edən olmadı. Həvəsdən düşən Məlahət İbrahimqızı da hirsini QHT-nin adını dəyişməklə soyutmağa çalışdı – bu dəfə QHT-nin adı “Lider Qadınlar” ictimai birliyinə dəyişdi.

Ötən 24 illik fəaliyyəti dövründə bu QHT-nin cəmi 5 üzvü olub, onlardan biri də elə Məlahət İbrahimqızı özüdür, bu QHT-ni “gördüm”, “eşitdim”, “bildim” deyən olmasa da, Məlahət İbrahimqızının deputat telefonundan bu QHT-nin adı düşməyib. Axı ona deputat kimi müxtəlif qadınlar, o cümlədən “Lider Qadınlar” ictimai birliyinin üzvləri tez-tez müraciətlər edirlər, o da araşdırıb görür ki, belə işlək təşkilat heç ələ düşməz, onlara mütləq dəstək olmaq lazımdır – xahişlər adətən bu cümlələrlə başlayırdı. Çoxlarının ağlına gəlmirdi ki, elə bu tərifli QHT-nin sədrinin kimliyi ilə də maraqlansınlar. İxtisasca pediatr-həkim olan Məlahət İbrahimqızının birdən-birə tarix üzrə alimlik dərəcəsi alması ağlagəlməz olduğu kimi bunun da ağla gəlməsi müşkül olardı.

Xarici donorlarla ən çox işləyən deputat?

Apardığımız araşdırmalar göstərir ki, Məlahət İbrahimqızı xarici donorlarla ən çox iş təcrübəsinə malik QHT sədrlərindən biridir. Onun USAID, ABŞ, Norveç səfirlikləri ilə işləri üzə çıxarılmalıdır. İctimaiyyətin Məlahət İbrahimqızının bu müddət ərzində gizlədə bildiyi siması ilə tanış olmaq haqqı var. Yəqin ki, bu araşdırmamız hüquq-mühafizə orqanları üçün də maraqlı olar. Məsələn, təkcə Yaponiyanın Azərbaycandakı Səfirliyindən Məlahət İbrahimqızı 600 min dollar qrant alıb, ABŞ-ın “Counterpart International” təşkilatı isə parlament seçkilərinin birindən öncə ona 24 min manatdan çox qrant açıb.

Görəsən, bu vəsaitlər hara və necə xərclənib? Məlahət İbrahimqızı bu suallara özü cavab versə, yaxşı olar. Ona bu imkanı tanımağa hazırıq.

Kağız üstündə layihələr – silinən pullar…

Məlahət İbrahimqızının vaxtilə Azay Quliyevin QHT Şurasından aldığı bir layihə az qala lətifə kimidir. Layihənin adı nə olsa yaxşıdır?! – “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə millət vəkillərinin yaxından cəlb edilməsi”. Bu layihəyə görə Azay Quliyev 2013-cü ildə deputat həmkarına 31 min manat qrant ayırıb. Çox maraqlıdır, deputat Məlahət İbrahimqızı bu layihəyə hansı deputatları cəlb edib, onlar Qarabağ barədə qrantla danışıblar, yoxsa bu barədə danışmayacaqdılar?!

YAP Siyasi Şurasının üzvü bilməmiş olmamalı idi ki, “Dağlıq Qarabağ münaqişəsini heç bir deputat həll edə bilməzdi və bilmədi də!”. Bu münaqişəni tarixin arxivinə çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev oldu!

Görəsən, Məlahət İbrahimqızı həmin 31 min manatla hansı münaqişəni həll edib?! Bəlkə, Azay Quliyev, Umud Rəhimoğlu ilə şərikli “bağça biznesi işi”nə görə aralarında yaranmış münaqişə üçün olub?!

Günaha girməyək, bəlkə də elə həmin layihə ilə alınmış bintlərlə Məlahət İbrahimqızı 2020-ci il Vətən müharibəsi zamanı deputatı olduğu 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin ərazisini tərk edərək cəbhə xətti ətrafındakı rayonlara yollanıb, orada pediatr -həkim kimi atəş altında qalan yaralı uşaqların qan aparan yaralarını sarıyıb? Bəlkə, “münaqişənin həlli” dedikdə, elə bunu nəzərdə tuturmuş…

Hazırda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri olan Məlahət İbrahimqızının “Lider Qadınlar” ictimai birliyi “Qərbi Azərbaycan probleminin həllinə millət vəkillərinin yaxından cəlb edilməsi” adlı layihə ilə çıxış etsə, heç təəccüblü olmaz, yəqin ki, bu başlıq çoxdan hazırdır. Amma hiss olunur ki, Məlahət İbrahimqızının işləri əvvəlki kimi getmir. Son vaxtlar o, əlinə mikrafon düşən kimi möhkəm gileylənir ki, Qərbi Azərbaycan mövzusunda müxtəlif QHT-lər ondan icazəsiz layihələr icra edirlər, buna necə dözmək olar?!

Qərbi Azərbaycana Qayıdış mövzusunu inhisarlaşdırmaq?

YAP Siyasi Şurasının üzvü gərək biznes işlərindən vaxt tapanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin nitqlərini diqqətlə dinləsin. Onda başa düşər ki, Qərbi Azərbaycana qayıdış mövzusu Azərbaycanın milli ideyasının yeni hədəfidir, bu, ümummilli mövzudur, bu, bütün Azərbaycanın, xalqımızın ürəyinin səsidir. Necə ki, əvvəl Qarabağa qayıdış belə idi. Məgər Qarabağ barədə son 30 ildə ancaq adında “Qarabağ” sözü olan QHT-lər danışıb? Bu, siyasi savadsızlıqdır, yoxda müxtəlif QHT-lərin Qərbi Azərbaycan layihələrinə göz dikmək?

İnsafla demək lazımdır ki, son illər QHT cameəsinin Qərbi Azərbaycan mövzusunda icra etdiklərini layihələrin keyfiyyəti xeyli yüksəlib, əslində, bu QHT layihələri olmasa, heç Məlahət İbrahimqızı kimi bəzi deputatların da Qərbi Azərbaycan mövzusundakı tədbirlərdən şəkillərini tapmaq olmaz. Məsələn, elə bu günlərdə Məlahət İbrahimqızı Ankaradan – mötəbər QHT tədbirindən – Qərbi Azərbaycana Qayıdışla əlaqədar beynəlxalq konfransdan qayıdıb. Deyilənlərə görə, orada adam qalmayıbmış şəkil çəkdirmiş olmasın. Mətbuatda yayılmış məlumatlardan aydın oldu ki, bu tədbirin də donoru QHT Agentliyi imiş. Görəsən, bəs Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası hansı beynəlxalq tədbirlərə qol qoyub?! “Lider Qadınlar” ictimai birliyi necə?

Məlumatlara görə, “Lider Qadınlar” Məlahət İbrahimqızının “QHT şəbəkəsi”nin yalnız bir üzvüdür. Bu şəbəkənin ifşası, maliyyə fırıldaqlarının üzə çıxarılması üçün mövzunu davam etdirəcəyik.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri