Məleykə Abbaszadə DİM də son işini gördü FOTO
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərinin “mygov” və “mygov Biznes” platformaları üzərindən təqdim edilməsi, eləcə də süni intellekt texnologiyalarının imtahan prosesində tətbiqi müzakirə olunub.
Modern.az xəbər verir ki, bu barədə Məleykə Abbaszadə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, DİM-də rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işlər və qarşıdakı hədəflər müzakirə edilib.
Məlumata görə, qurumun informasiya sistemlərinin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, sistemlərin “Hökumət buludu”na köçürülməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Vətəndaşların istifadə etdiyi qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanları da nəzərdən keçirilib.
Dövlət qulluğu sahəsində şəxsi işlərin elektron qaydada aparılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal sistemin yaradılması barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, süni intellektin imtahan məzmununun keyfiyyətinin yoxlanılması, yazılı cavabların qiymətləndirilməsi və vətəndaşların müraciətlərinin cavablandırılması prosesində tətbiqi imkanları müzakirə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















